PDF Oxu

Əsas

  • 20

Seçkilərin favoriti Yeni Azərbaycan Partiyasıdır

Seçkilərin favoriti Yeni Azərbaycan Partiyasıdır
Oktyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilər üzrə 55 saylı Xaçmaz şəhər seçki dairəsindən qeydə alınmış, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əşrəfov Arif Əşrəf oğlunun Müşkür kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözüylə YAP Xaçmaz rayon qərargahının sədri Nazim Ağayev açıb. Görüşdə seçicilərdən Hacı Kamil, Polad Babayev, Ağa Mahmudov, Bikə Zeynalova, Xanlar Əskərov və başqaları çıxış ediblər. Çıxış edənlər həmişə Müşkür camaatının dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etdiklərindən, siyasi kampaniyalarda ən fəallarından olduqlarını bildiriblər. Namizəd seçicilər qarşısında çıxış edərək platformasından irəli gələn bir sıra məsələlərə aydınlıq gətirib.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev partiyanın təbliğat-təşviqat kampaniyasına yüksək səviyyədə hazırlaşdığını və bu səbəbdən, partiyanın növbəti dəfə seçkilərdə inamlı qələbə qazanacağına əmin olduğunu bildirib. N.Ağayev vurğulayıb ki, Xaçmazda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası ilk gündən başlayaraq, böyük müvəffəqiyyətlə gerçəkləşdirilir.
Namizəd Arif Əşrəf oğlu Əşrəfov görüşdə geniş, məzmunlu çıxış edərək, millət vəkili seçiləcəyi təqdirdə, ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib. Milli Məclis üzvlüyünə namizəd Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı danışaraq orada göstərilən hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib: "Seçicilərim mənə etimad göstərsə, onların etimadını Milli Məclisdə doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Çalışacağam ki, parlamentdə xalqın mənafeyini ifadə edən qanunların qəbul olunmasına öz layiqli töhfəmi verə bilim".
19 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilər üzrə 56 saylı Xaçmaz kənd seçki dairəsindən qeydə alınmış, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əli Səftər oğlu Əliyevlə Ləcət kəndinin seçicilərinin görüşü keçirilib.
Görüşü giriş sözüylə YAP Xaçmaz rayon qərargahının sədri Nazim Ağayev açıb. Seçicilərdən Maina Xammədova, Aslan İsmayılov, Şıxcamal Şıxmətov, Sara Harunova, Mirzə Şahbazov, Budaq Əliyev və başqaları görüşdə çıxış ediblər. Çıxış edənlər Ləcət camaatının dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etdiyini, siyasi kampaniyaların ən fəallarından olduqlarını vurğulayıblar.
Namizəd seçicilər qarşısında çıxış edərək platformasından irəli gələn bir sıra məsələlərə aydınlıq gətirib. Sonda seçicilərlə namizəd arasında dialoq şəklində söhbət aparılıb.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev görüşdə Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevin fəaliyyəti barədə seçicilərə məlumat verib, Xaçmaz sakinlərinin onu çox yaxşı tanıdıqlarını və namizəd barəsində çox yüksək fikirdə olduqlarını bildirib. Çıxış edənlər deputatlığa namizəd kimi İlham Əliyevin müsbət şəxsi keyfiyyətlərini vurğulayıblar. Onlar namizədin böyük dünyagörüşünə, geniş həyat təcrübəsinə, yüksək intellektə malik olduğu bildiriblər, səmimi, ünsiyyətcil, fəal, təşəbbüskar insan kimi fərqləndiyini qeyd ediblər.
Görüşdə ətraflı çıxış edən deputatlığa namizəd İlham Əli Səftər oğlu Əliyev seçkidə Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərdən biri kimi üzərinə düşən məsuliyyəti dərk etdiyini, millət vəkili seçiləcəyi təqdirdə partiyanın seçki platformasında nəzərdə tutulan hədəflərə çatmaq üçün ləyaqətlə çalışacağını söyləyib. Seçicilərin yüksək fəallığından razı qaldığını vurğulayan deputatlığa namizəd, indiki mərhələdə seçicilərlə hər bir namizəd arasında fəal ünsiyyətin, ciddi müzakirələrin çox vacib olduğunu qeyd edib. O, seçicilərin namizədlə fəal dialoq qurmasından məmnunluğunu bildirib. Seçicilərin qaldırdığı məsələlərə ciddi münasibət bildirən Milli Məclis üzvlüyünə namizəd İlham Əliyev millət vəkili seçiləcəyi təqdirdə seçicilərin etimadını yüksək səviyyədə doğrultmağa səy göstərəcəyini söyləyib. O, , qeyd edib ki, millət vəkili seçilərsə, Milli Məclisdə mühüm əhəmiyyət kəsb edən qanunların qəbul olunmasında fəal şəkildə iştirak edəcək.
Seçicilər namizədin çıxışını böyük maraqla və diqqətlə dinləyiblər. Onlar Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevin ona bəslənilən ümidləri doğruldacağına əmin olduqlarını, 56 saylı Xaçmaz kənd seçki dairəsində məhz Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.

Digər xəbərlər