PDF Oxu

Əsas

  • 22

Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən demokratik və aparıcı partiyasıdır

Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən demokratik və aparıcı partiyasıdır
Dünən Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyi irəli sürülən Məlahət İbrahimqızının rayonun Zəyəm kəndində seçicilərlə növbəti görüşü keçrilib. Yüksək seçici fəallığı ilə keçirilən görüşdə 500-ə qədər kənd sakini iştirak edib.
YAP Şəmkir rayon təşkilatının sədri, deputatlığa namizəd Məlahət İbrahimqızının səlahiyyətli nümayəndəsi Fəxrəddin Vəliyev çıxış edərək, M.İbrahimqızının partiyanın üzvü kimi yüksək fəallığından, ictimaiyyət arasında böyük hörməti və nüfuzu ilə tanınan şəxs olmasından danışmışdır. Bildirmişdir ki, parlamentdə ən mütərəqqi qanun layihələri məhz YAP-ı təmsil edən millət vəkilləri, o cümlədən, M.İbrahimqızı tərəfindən təklif edilərək, qəbul olunub. Bu baxımdan M.İbrahimqızı parlament tərəfindən mütərəqqi, milli maraqları əks etdirən qanunların qəbul olunması, təkmilləşdirilməsi və inkişaf etdirilməsi baxımından təqdirəlayiq təcrübəyə malikdir. M.İrahimqızıya səs verməklə inkişafa və yeniliyə dəstək vermiş olarıq.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən partiya tərəfindən namizədliyi irəli sürülən Mübariz Qurbanlı milli dövlətçiliyimizə, Yeni Azərbaycan Partiyasının ideya-siyasi xəttinin uğurla gerçəkləşməsində bir ziyalı, millət vəkili kimi Məlahət İbrahimqızının yüksən insani keyfiyyətlərindən, bilik və bacarığından, ulu öndərimiz Heydər Əliyev siyasətinə, ideyalarına sədaqətli olmasından bəhs etmişdir: "Şəmkirlilər dövlətə, dövlətçiliyə, ulu öndər ideyalarına sədaqətli olan, Azərbaycan elminin, səhiyyəsinin, mədəniyyətinin, iqtisadi uğurların və həyatımızın digər sferalarının inkişafına daim böyük töhfələr vermiş bölgə kimi tanınır. Azərbaycanda hüquqi və demokratik dövlət qruculuğu prosesində fəallıqları ilə seçilən şəmkirlilərin parlament seçkilərinin də azad, ədalətli, yüksək seçici fəallığı ilə başa çatması üçün fəallıqlarını nümayiş etdirəcəkləri şübhəsizdir".
Görüşdə YAP-ın seçki siyahısı ilə 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyi irəli sürülən Məlahət İbrahimqızı çıxış edərək rayonun mövcud problemlərinin köklü surətdə həll edilməsinə, əhalinin yaşayış vəziyyətinin daha da yaxşılaşdırılmasına, qruculuq- abadlıq işlərinin genişlənməsinə xidmət edəcək seçki platformasının müddəalarını seçicilərin nəzərinə çatdırmışdır. Bildirmişdir ki, ötən beş il ərzində Zəyəm kəndinin siması nəzəri cəlb edəcək dərəcədə dəyişmiş, əhalinin həyat səviyyəsində müsbət dəyişikliklər baş vermişdir. Bundan sonrakı hədəfimiz isə əldə olunan uğurları davam etdirməkdir.
Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzundan, aparıcı partiya olmasından danışan deputatlığa namizəd M.İbrahimqızı bildirmişdir ki, partiyamız daim öz fəaliyyətində şəffaflıq prinsipinə, demokratik idarəetməyə üstünlük verib. Yeni Azərbaycan Partiyası cəmiyyətdə sivil, dünyəvi, demokratik dəyərlərə sadiqliyi ilə seçilib. Bu cür fəaliyyətinə görə YAP Cənubi Qafqazda ən demokratik, sivil dəyərlərə, demokratik proseslərə sadiq partiya kimi tanınır və qəbul olunur.
M.İbrahimqızı çıxışının sonunda Zəyəm kənd seçicilərini seçkilərdə fəal olmağa və ümumxalq partiya olan YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Göüşdə çıxış edən Zəyəm kənd ağsaqqalları Vidadi Balayev, Abbas İsmayılov və digərləri xeyirxah insan, sədaqətli dost, böyük ziyalı Məlahət İbrahimqızını yaxından tanıdıqlarını və öna görə də hamılıqla məntəqələrə gedərək, ona səs verəcəklərini bildirdilər.

Digər xəbərlər