PDF Oxu

Əsas

  • 25

Bülbülə seçiciləri YAP-ın namizədinə səs verəcək

Bülbülə seçiciləri YAP-ın namizədinə səs verəcək
Suraxanı rayonu Bülbülə qəsəbəsinin mədəniyyət evində parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abıyevlə Bülbülə qəsəbəsinin sakinlərinin görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov parlament seçkiləri ilə bağlı ümumi məlumat verdi. Azərbaycanda növbəti parlament seçkilərinin də şəffaf və demokrattik keçiriləcəyini vurğulayan V.Seyidov bildirdi ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: "YAP ötən il "Xalqa xidmət naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edib. Bu gün də qarşıdakı parlament seçkilərinə "Güclü dövlət, yüksək rifah" devizi ilə gedən Yeni Azərbaycan Partiyası seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edir və bu gün də bu proses davam edir. Bu gün parlament seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq".
V.Seyidov çıxışında, onu da bildirdi ki, dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyi vurğulayıb, seçiciləri parlament seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səslədi və 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi irəli sürülən Ağacan Qulam oğlu Abıyev haqqında seçicilərə qısa məlumat verdi.
Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında önəmli dövr olduğunu söylədi. F.Rəsulov YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, quruculuq və abadlıq işləri, ölkənin dünya dövlətlərinə inteqrasiyası Azərbaycanın güclənməsinə, sivil dövlətlər sırasında yüksək imicə malik olmasına gətirib çıxardığını vurğuladı: "Bu reallıqlar, dövlət başçısına olan inam hissi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Sədri olduğu Yeni Azərbaycan Partiyasına qarşı birmənalı münasibət formalaşdırmışdır. Bunun bariz nümunəsinə ötən seçkilərdə şahid olmuşuq. Odur ki, həmişə olduğu kimi, yaxın günlərdə keçiriləcək parlament seçkilərində seçicilər seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə tam əminik. Çünki YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır".
YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abıyevlə rayonunun Bülbülə qəsbəsinin sakinləri ilə keçirilən görüşdə geniş çıxış etdi. Ağacan Abıyev Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və ikinci dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verdi. A.Abıyev Milli Məclis üzvlüyünə namizəd kimi ona yenidən etimad göstərdiyinə görə, Yeni Azərbaycan Partiyasına minnətdarlıq edərək, bu dəfə də seçicilərin ona etimad göstərdiyinə və onların etimadını qazanacağına inandığını bildirdi. Qeyd etdi ki, Azərbaycanın dünyaya inteqrasiyası prosesində fəallıq nümayiş etdirəcək, seçicilərinə problemlərinin həllində yardımçı olacaq və əməli fəaliyyətini daha geniş dairədə davam etdirəcəkdir.
Tədbirdə çıxış edən namizədin vəkilləri Almaz Əhmədova, Tünzalə Süleymanova, Sona Əliağaqızı və Sevda Tahirova seçkilərdə seçicilərin fəallığının şahidi olduqlarını bildirərək, parlament seçkilərində də bir yumruq kimi birləşəcəklərini söylədilər.
Görüşdə çıxış edən seçicilər də noyabrın 7-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən parlament üzvlüyünə Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abıyeva dəstək olacaqlarını vurğuladılar.

Digər xəbərlər