PDF Oxu

Əsas

  • 19

Sabunçu seçiciləri inkişaf və tərəqqiyə səs verəcəklər

Sabunçu seçiciləri inkişaf və tərəqqiyə səs verəcəklər
Noyabrın Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq millət vəkilliyinə namizədlərin təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə start götürüb. Bəlli olduğu kimi, bu təbliğat-təşviqat kampaniyası çərçivəsində millət vəkilliyinə namizədlər seçiciləri ilə görüşlər keçirir, öz platformaları barədə onlara ətraflı məlumat verirlər.
Dünən 26 saylı Sabunçu birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Elnarə Firudin qızı Tağıyevanın rayonun Bakıxanov qəsəbəsi, 1 saylı Bakı Birləşmiş Texniki Peşə Məktəbinin akt zalında seçiciləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu deyib. Əhalinin bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əmin olduğunu vurğulayan M.Abasquliyeva Sabunçu rayonunun seçicilərinin bu prosesdə də yüksək fəallıq nümayiş etdirəcəklərini söyləyib: "Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir və dəstəklənir. Əsası Umummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət edir. Azərbaycan xalqı bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandıqlarını, etimad göstərdiklərini verdikləri dəstəklə nümayiş etdirib".
YAP Sabunçu rayon təşkilatının sədri onu da bildirib ki, YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın daha da güclənməsinə səbəb olub: "Mən inanıram ki, xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək və noyabrın 7-də seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək".
M.Abasquliyeva, həmçinin namizəd Elnarə Firudin qızı Tağıyeva haqqında seçicilərə ətraflı məlumat verib. Sonra namizədin vəkili Sahilə Şıxaliyeva çıxışında bildirib ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının aktiv fəaliyyəti bütün dünya üçün bir nümunədir: "Biz Azərbaycan qadınları da məhz Mehriban xanım Əliyevanın fəaliyyətini özümüz üçün nümunə hesab etməli və dövlətimizin inkişafında üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik. Buna görə də, partiyamızın irəli sürdüyü namizədə səs verməklə Sabunçu rayonunu təmsil edəcək millət vəkillərindən birinin məhz xanım olmasını təmin etmiş oluruq".
Görüşdə çıxış edən millət vəkilliyinə namizəd Elnarə Firudin qızı Tağıyeva Ümummilli Liderimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini, Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasətinin nəticəsində ölkəmizi böyük inkişaf yoluna çıxardığını bildirib: "Nəticədə Azərbaycan bu gün regionun lider ölkəsinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar günü-gündən artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir, Azərbaycanın hərbi qüdrəti artır. Bu cür dinamik quruculuq dövründə Milli Məclisin üzvlüyünə namizədliyimin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi bu işlərdə daha yaxından iştirak etməyimə, xalqımızın, dövlətimizin başçısının yaxın köməkçisi olmağa və Sabunçu seçicilərinin etimadını doğrultmağa şərait yaradır".
Tədbirin sonunda seçicilər çıxış edərək, hakim partiyanın namizədinə səs verəcəklərini bildiriblər.

Digər xəbərlər