PDF Oxu

Əsas

  • 17

Yeni Azərbaycan Partiyası xalqla həmrəyliyi olan yeganə partiyadır

Yeni Azərbaycan Partiyası xalqla həmrəyliyi olan yeganə partiyadır
Dünən YAP Ağstafa rayon təşkilatının fəalları parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Köhnə Qışlaq və Tatlı kəndlərində seçicilərlə görüş keçiriblər. Ümumilikdə, 100-ə yaxın seçicinin qatıldığı görüşdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının cəmiyyətdə tutduğu roldan, partiya tərəfindən irəli sürülən namizədlərin ən layiqli şəxslər olduğunu bildirmişlər.
YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov görüşdə YAP-ın Azərbaycanda xalqla həmrəyliyi olan yeganə partiya olduğunu vurğulayıb. R.Tatarov əmin olduğunun bildirdi ki, budəfəki seçkilərdə də Ağstafa rayon seçiciləri YAP tərəfindən 108 saylı seçki dairəsindən namizədliyi irəli sürülən Nizami Cəfərova səs verəcək və onun yenidən rayon ictimaiyyətinin parlamentdə təmsilçisinin olmasına dəstək verəcəklər.
R.Tatarov son illər ölkəmizdə əldə olunan iqtisadi uğurlar haqqındakı faktları da seçicilərin diqqətinə çatdırdı. Bildirdi ki, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin sosial vəziyyəti yaxşılaşıb, dinamik iqtisadi inkişafa nail olunub.
Ağstafa rayon təşkilatı rəhbərliyinin seçicilərlə daha bir görüşü Tatlı kəndində keçirilib. 250 nəfərdən çox seçicinin iştirakı ilə keçirilən görüşdə YAP Ağstafa rayon təşkilatının sədri R. Tatarov çıxış edərək, partiyanın ölkəmizdə ümumi maraqları ifadə edən yeganə siyasi təşkilat olduğunu söyləyib. Onu da bildirib ki, YAP tərəfindən namizədliyi irəli sürülən Nizami Cəfərov Azərbaycan elminin, təhsilinin inkişafına ən zəngin töhfələrini verən ziyalılarımızdandır. Natiq seçiciləri ən layiqli namizəd olan N.Cəfərova səs verməyə çağırıb.
Görüşdə kənd ağsaqqalları, gənclər və digər təbəqələrdən olan ayrı-ayrı seçicilər çıxış edərək, N.Cəfərovu yaxşı tanıdıqlarını və ona səs verəcəklərini bildirmişlər.
YAP Ağstafa rayon təşkilatı tərəfindən təşviqat tədbirləri davam etdirilir.

Digər xəbərlər