PDF Oxu

Əsas

  • 11

Aida İmanquliyevanın "Məqalələr və tərcümələr" adlı kitabının təqdimat mərasimi keçirilib

Aida İmanquliyevanın "Məqalələr və tərcümələr" adlı kitabının təqdimat mərasimi keçirilib
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas alim Aida İmanquliyevanın "Məqalələr və tərcümələr" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib ki, bu kitab Azərbaycan xalqının tanınmış qadın şərqşünası, filologiya elmləri doktoru, professor Aida İmamquliyevanın 70 illik yubileyi ərəfəsində çap olunub. Onun sözlərinə görə, bu nəşr mərhumənin ötən əsrin 60-80-ci illərində qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə etdiyi hekayə tərcümələrinin ilk toplusudur.
"Burada dərs olunan məqalə və tərcümələr vaxtilə "Azərbaycan", "Literaturnıy Azerbaydjan", "Ədədbiyyat və incəsənət", "Ərəb filologiyası məsələləri" və s. kimi neçə-neçə qəzet, jurnal və məcmuələrdə çap olunub. Gərgin əmək, bilik və təcrübə hesabına yazılmış bu məqalələr Aida xanımın hardasa məqalə yaradıcılığının ən azı 90%-dən çoxunu təşkil edir və bunlar 50 addan çoxdur", - deyə G.Baxşəliyeva vurğulayıb. Tədbirin davamında çıxış edən kitabın tərtib edəni, ön sözün və şərhlərin müəllifi, filologiya elmlər namizədi Vilayət Cəfər bildirib ki, Aida xanım ötən əsrin 60-80-ci illərində istər Azərbaycan, istərsə də keçmiş SSRİ şərqşünaslığında ərəb-məhcər ədəbiyyatının bir nömrəli araşdırıcı kimi tanınırdı: "Lakin onun məqalələri ilə yenidən tanış olandan sonra biz bu qənaətə gəldik gəldik ki, Aidə xanım heç də sırf ərəb-məhcər ədəbiyyatı mütəxəssisi saymaq düzgün deyilmiş. Belə ki, onun yaradıcılıq laboratoriyasının üfüqləri Əndəlusiya torpaqlarından tutmuş Misir, Fələstin, Suriya, Livan və Dəclə-Fərat sahillərinə qədər uzanırmış. Bu məqalələrdə Aidə İmamquliyevanın istər Azərbaycanda, istərsə də Rusiyada ərəb ədəbiyyatı ilə əlaqədar yazılmış monoqrafiyalara da resenzist münasibəti öz əksini tapıb".

Digər xəbərlər