PDF Oxu

Əsas

  • 15

Ermənistan transmilli cinayətkarlığı himayə edir

Ermənistan transmilli cinayətkarlığı himayə edir
İşğalçı Ermənistan uzun illərdir ki, zəbt etdiyi Azərbaycan torpaqlarını azad etməkdən ciddi cəhdlə yayınır. Azərbaycan ərazilərinin 20 faizini Ü Dağlıq Qarabağ bölgəini və onun ətrafındakı 7 rayonu 16-17 ildir ki, işğal altında saxlayan Ermənistan, faktiki olaraq, bu ərazilərdə nəzarət olunmayan zona yaradıb. Aydındır ki, belə vəziyyət yalnız Cənubi Qafqaz regionuda deyil, həm də bütün dünyada sülhə və təhlükəsizliyə böyük təhdidlər yaradır. Belə ki, Ermənistanın işğal altında saxladığı, 13 min kv.km-dən çox bu ərazi ermənilər tərəfindən bir çox mütəşəkkil bəşəri cinayətlərin həyata keçirildiyi məkana çevrilib
Son 16 il ərzində bütün mümkün dinc vasitələrlə öz ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycan işğal faktının və onun yaratdığı fəsadların tam aradan qaldırılması üçün maksimum səy göstərir.
Eyi zamanda, bütün yüksək səviyyəli ikitərəfli və çoxtərəfli görüşlərdə, sülh, sabitlik və təhlüksizlik problemlərinə həsr olumuş bütün regional və beynəlxalq xarakterli tədbirlərdə bu məsələ Azərbaycanın dövlət rəsmiləri və ümayəndələri tərəfindən davamlı olaraq, qaldırılır, problemin Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla həllinin zəruriliyi dönə-döə vurğulanır. Bəllidir ki, bu məsələdə beyəlxalq hüququn prinsipləri, haqq-ədalət Azərbaycaın tərəfindədir. Lakin bəzi dövlətlərin və bir sıra beynəlxalq qurumların məsələyə ikili standartlarla yanaşması, işğalçı Ermənistana ciddi təsir, təzyiq edilməməsi, sərt sanksiyaların tətbiq olunmaması son nəticədə beynəlxalq səviyyədə oxşar problemlərə münasibətdə xoşagəlməz presedent yaradır. Bu günlərdə Soçidə keçirilən Təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin Birinci Beynəlxalq Görüşündə Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, transmilli cinayətkarlığın tüğyan etməsinə, onun daha təhlükəli növlərinin meydana çıxmasına əlverişli zəmin yaradır. Bu ərazilərdə arkotik vasitələrin istehsalı və tranziti, insan alveri, qeyri-leqal miqrasiya, terrorçuların hazırlanması, qanunsuz pul vəsaitlərini leqallaşdırılması adi hala çevrilib. Burada dünya mədəniyyətinin nadir tarixi inciləri ermənilər tərəfindən məhv edilir, işğal olunmuş ərazilərdə yanğınlar, partlayışlar törədilməklə təbiətə, ekologiyaya böyük ziyan vurulur. Bu, yalnız Azərbaycan üçün deyil, bir çox ölkələr, bütövlükdə dünya, bəşəriyyət üçün arzuolunmaz təhlükəli vəziyyətdir. Azərbaycanın Prezident Administrasiyasının rəhbərinin bu və digər vacib məqamları müvafiq tədbirdə BMT baş katibinin müavini Yuri Fedotov, dünyanın 43 ölkəsindən Təhlükəsizlik şuralarının katibləri, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik məsələləri üzrə köməkçiləri, güc strukturlarının rəhbərlərinin diqqətinə çatdırması ölkəmizin yalnız regionda deyil, bütün dünyada sülhün, sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın təmin olumasına böyük səy göstərdiyini bir daha təsdiqləyir.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev Birinci Beynəlxalq Görüşdə bir-biri ilə sıx şəkildə bağlı olan iki məsələ - "Transmilli cinayətkarlıq, onun daha təhlükəli növləri arasında əlaqə" və "Qlobal informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyinə təhdidlər" mövzularında məruzə ilə çıxış etməsi, burada regionda və dünyada təhlükəsizlik problemlərinin ədalətli və səmərəli həlli bağlı səsləndirilən məqsədyönlü təkliflər, mahiyyət etibarı ilə, həm qloballaşan sivill dünyanın, həm də Azərbaycanın qanuni maraqlarını ifadə edir. Bəllidir ki, transmilli cinayətkarlığın sərhədi, hüdudları yoxdur. 2000-ci ildə baş verən məlum 11 sentyabr olayları göstərdi ki, ABŞ kimi super gücə sahib dövlətlər belə tranmilli təhlükələrdən, terrorçuluqdan sığortalanmayıb. Bu baxımdan, transmilli cinayətkarlıqla mübarizədə bütün sivil, mütərəqqi dövlətlər səylərini birləşdirməli, təcavüzkar, işğalçı, terroru və digər transmilli cinayətləri dəstəkləyən Ermənistan kimi dövlətlərin sərt şəkildə sivil dəyərlərə, beynəlxalq hüquq normalarına riayət etməyə, işğal etdiyi torpaqları qeyd-şərtsiz azad etməyə vadar edilməlidir. Bu baxımdan, transmilli cinayətkarlıq mövzusuna həsr olunmuş məruzəsində akademik Ramiz Mehdiyevin Azərbaycan ərazilərinin bir hissəsinin işğal olunması kontekstində dünyada beynəlxalq mütəşəkkil cinayətkarlıq fəaliyyətindən qaynaqlanan təhdidləri xatırlatması sivill dünyaya yönələn ciddi çağırış kimi dəyərləndirilə bilər.
Bu mənada akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, nəzarət olunmayan zonalar adlandırılan çərçivədə fəaliyyət göstərən müxtəlif profilli kriminal təşkilatların terrorçu qruplaşmalarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və bu, dünyada ən təhlükəli tendensiyalardan biridir: "Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonda məhz belə nəzarət olunmayan zona yaradılıb. Daxil olan operativ informasiyalar və sübuta yetirilmiş faktlar tam şəkildə söyləməyə əsas verir ki, bu ərazi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan ticarəti, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə edilir. Qeyd olunan zona və ona bənzər ərazilər milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda yerləşdiyinə görə qeyd olunan təhdidlərə vaxtında adekvat reaksiya vermək mümkünsüz olur. Buna görə də biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə həm də milli və regional təhlükəsizliyin təmin olunması, terrorçuluq və digər təhdidlərin qarşısının alınması işinin bir hissəsi kimi baxırıq". Müasir, qloballaşan dünyada informasiya təhlükəsizliyinin təmin olunması böyük əhəmiyyət kəsb edir. Bu, bütün dünya, hər bir sivil ölkə üçün vacib, prioritet xarakterli məsələrdən biridir. Aydındır ki, informasiya məkanında təhlükəsizliyin təmin olunmasından ötrü dövlətlərin texnologiya sahəsində fəal beynəlxalq əməkdaşlığı vacibdir. Öz növbəsində bu, informasiya cəmiyyəti şəraitində koordinasiya olunmuş fəaliyyətin zəruriliyini göstərir. Lakin yüksək informasiya texnologiyalarının uğurlu tətbiqi baxımından, nümunəvi ölkələrdən sayılan Azərbaycan tez-tez açıq informasiya təxribatı halları ilə üzləşir: "Ümumdünya şəbəkəsində separatçılıq fəaliyyətinə açıq çağırışlar müşahidə olunur, dövlətlərin ərazi bütövlüyü şübhə altına alınır, ölkənin rəhbərləri, ictimai-siyasi xadimlər təhqir obyektinə çevrilir. Qeyd etmək lazımdır ki, bu kimi fəaliyyət Azərbaycanın müharibə durumunda olduğu Ermənistanın informasiya strukturları tərəfindən tez-tez həyata keçirilir. Qeyd etdiyim "informasiya silahı" ilə yanaşı, Azərbaycanın informasiya resurslarına xaker hücumları həyata keçirilir".
Aydındır ki, Azərbaycanın informasiya resurslarına yönələn bu təhdidlər həm də qlobal informasiya şəbəkəsinə böyük təhlükələr yaradır. Odur ki, kompüter texnologiyalarının yüksək inkişaf etdiyi şəraitdə sivil dünya dövlətlərinin infomrmasiya təhlüksizliyi sahəsində fal əməkdaşlığı, informasiya məkanında bu və digər dövlətin qanuni maraqlarını təhdid edən təxribatların qarşısının effektli şəkildə alınması olduqca vacibdir.

Digər xəbərlər