PDF Oxu

Əsas

  • 17

Dairə və məntəqə seçki komissiyaları 7 noyabr parlament seçkilərinə tam hazırdır

Dairə və məntəqə seçki komissiyaları 7 noyabr parlament seçkilərinə tam hazırdır
Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən istənilən seçki prosesinin demokratik dəyərlər müstəvisində keçirilməsi, vətəndaş mövqeyinin, iradəsinin əsas tutulması naminə dövlətimiz tərəfindən ən zəruri addımlar atılmaqdadır. Azərbaycanın milli dövlətçilik ənənələrinin formalaşmasında və milli müstəqilliyimizin bərqərar olmasında demokratik seçki prosesinin xüsusi önəmi vardır. Bu baxımdan da, ölkəmizin həyatı üçün xüsusi əhəmiyyət kəsb edən seçki prosesinə dövlətin diqqəti daha da artmaqdadır.
Çünki hər bir dövlətin demokratik imici onun keçirmiş olduğu seçki prosesi vətəndaşlarının həyat səviyyəsi və ölkədəki iqtisadi yüksəlişin parametrləri ilə izah olunur. Məhz bu zərurətdəndir ki, 1993-cü ildən bu günə qədər ölkədə keçirilmiş istənilən seçki prosesində demokratik ənənələr və prinsiplər ən yüksək səviyyədə qorunub saxlanılmışdır. Bu il də ölkəmizin həyatı üçün çox önəmli bir hadisənin - parlament seçkilərinin keçirilməsi tarixi ilə əlamətdardır. Ona görə də, artıq ictimai-siyasi proseslərin axarında seçki ab-havası hiss olunmaqdadır. Artıq seçkilərin keçirilməsinə rəsmi şəkildə start verildikdən sonra cəmiyyətin bu prosesə diqqət və marağı daha da artmaqdadır. Hər bir seçkini öz həyatları üçün mühüm bir mərhələ kimi qiymətləndirən Azərbaycan seçicisi payızda keçiriləcək parlament seçkilərinin də mahiyyət və məramı barəsində dolğun informasiyaya malikdir. Seçkilərin keçirilməsində bilavasitə məsuliyyətli orqan olan Mərkəzi Seçki Komissiyası tərəfindən ölkə ərazisində faliyyət göstərən bütün dairə və məntəqə seçki komissiyalarında münbit və zəruri şərait yaradılıb. Artıq MSK-nın tapşırıq və tövsiyələrini lazımi qaydada yerinə yetirən Dairə Seçki Komissiyaları və məntəqələrdə seçki ilə bağlı hazırlıqlar, demək olar ki, yüksək səviyyədə yekunlaşmışdır. Eyni zamanda, qeyd etməliyik ki, DSK-lar da seçki prosesinin yüksək səviyyədə keçirilməsini təmin etmək və şəffaflığı qorumaq üçün vacib olan bütün texniki avadanlıqlarla və zəruri inventarlarla təmin olunub. Bununla yanaşı, məntəqə seçki komissiyalarında da seçki prosesinin gedişində qarşıya çıxan bütün məsələlərin həlli üçün tələb olunan işlər, artıq demək olar ki, tam şəkildə yerinə yetirilib.
"Səs" qəzeti olaraq ölkəmizin həyatında və inkişaf tendensiyasında xüsusi önəm kəsb edən seçki prosesində həmişə böyük fəallıq nümayiş etdirərək istər DSK-larda, istərsə də ən ucqar seçki məntəqələrində olan vəziyyəti obyektiv şəkildə geniş oxucu auditoriyasına təqdim etmişik. Məhz bu dəfə də ənənəmizə sadiq qalaraq, Bakı şəhərinin bir neçə rayonunda fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında olduq. Burada qarşılaşdığımız mənzərə və yaradılmış olan münbit şəraitlə tanışlığımızdan sonra, belə qənaətə gəldik ki, ölkəmiz bu il noyabr ayının 7-də keçiriləcək parlament seçkilərinə tam hazırdır.
Seçki gününə tam hazır seçki dairələrindən biri olan Nizami rayon 24 saylı I seçki dairəsində apardığımız müşahidələr və buradakı zəruri şərait deyilənləri bir daha təsdiqləmiş olur. DSK sədri Niyazi Nəcəfov qəzetimizə açıqlamasında bildirdi ki, artıq həm dairə, həm də, məntəqə seçki komissiyalarında seçki hazırlıqlarının yekunlaşdığını bildirdi. Qeyd etdi ki, 24 saylı Nizami seçki dairəsinin tərkibində 33 seçki məntəqəsi mövcuddur. Bu məntəqələrdən 4-nün seçkiyə 5 gün qalmış açılacağını bildirən dairə sədri onların tabeçiliyində olan bütün məntəqələrdə seçki mühitinin yaradıldığını söylədi. 24 saylı Nizami I seçki dairəsi üzrə 41546 nəfər seçicinin qeydiyyatda olduğunu bildirən N.Nəcəfov seçki siyahılırında dəqiqləşmələrin və yerdəyişmələrin tam dəqiqləşdiyini də diqqətə çatdırdı. Bildirdi ki, bu günə qədər həmin dairə üzrə artıq 17 nəfərin namizədliyi irəli sürülüb. "Onlardan isə 1 nəfər namizədliyini geri götürüb və 1 nəfərin namizədliyi isə qeydə alınıb. Dairədən imza vərəqələrinin verilməsi və imzatoplama kampaniyasının gedişində isə hər hansı bir problem qarşıya çıxmayıb".
4 saylı Nizami I seçki dairəsinin 13 saylı seçki məntəqəsində də analoji vəziyyəti müşahidə etmək mümkündür. Məntəqə sədri Şəlalə Mütəllimovanın verdiyi məlumata görə, artıq seçki ilə bağlı onlara verilmiş bütün təlimatlar və tapşırıqlar, qarşıda durən vəzifələr tam şəkildə yerinə yetirilib. Ş.Mütəllimova 13 saylı dairədə siyahı üzrə 1037 nəfər seçicinin olduğunu və seçici siyahılarının dəfələrlə dəqiqləşdirildiyini bildirdi. Qeyd etdi ki, artıq məntəqədə yaradılmış şərait müşahidəçilərin müəyyənləşdirilməsi və digər proseslər həyata keçirilir.
24 saylı Nizami I seçki dairəsinin 2 saylı seçki məntəqəsində də seçki ab-havası hökm sürməkdədir. Məntəqə sədri Almaz Əsgərovanın verdiyi məlumata görə, məntəqədə texniki avadanlıqlar və inventarlar müasir standartlara tam cavab verir. Siyahı üzrə 1400 seçicinin bu məntəqədə qeydiyyatda olduğunu bildirən A.Əsgərova, həmçinin, digər zəruri işlərin də görüldüyünü müşahidəçilərin müəyyənləşməsi istiqamətində vacib addımların atıldığını qeyd etdi.
24 saylı Nizami I seçki dairəsinin 1 saylı seçki məntəqəsində də seçki prosesində qarşıya çıxan bütün məsələlərin həlli istiqamətində addımların atıldığı məlum oldu. Məntəqə sədri Həqiqət Əsgərova qəzetimizə verdiyi açıqlamasında seçki günü tələb olunan bütün prinsiplərin yerinə yetirildiyini diqqətə çatdırdı. Bildirdi ki, 1 saylı seçki məntəqəsində siyahı üzrə 1256 nəfər seçici qeydiyyatdadır və onlara seçki ilə bağlı bütün zəruri məlumatlar çatdırılıb.
24 saylı I Nizami seçki dairəsinin 3 saylı seçki məntəqəsində də payızda keçiriləcək parlament seçkilərinə hazırlıq işləri, demək olar ki, yekunlaşıb. Məntəqə sədri Laləzər Məmmədovanın verdiyi məlumata görə, müşahidəçilərin müəyyənləşməsi və seçici siyahılarının bir daha dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir. 1127 nəfər seçicinin qeydiyyatda olduğu bu məntəqədə səsvermə günü qarşıya çıxan bütün məsələlərin həlli üçün əvvəlcədən tədbir görüldüyünü bildirən L.Məmmədova noyabrın 7-də keçiriləcək parlament seçkilərinə seçicilərin tam məlumatlandırıldığını da diqqətimizə çatdırdı.
24 saylı I Nizami seçki dairəsinin 4 saylı seçki məntəqəsində siyahı üzrə seçicilərin say tərkibi bir daha dəqiqləşdirilmiş və digər zəruri işlər görülmüşdür. 4 saylı məntəqənin sədri Əfsanə Seyidova 1000 nəfər seçicinin bu məntəqədə səs verəcəyini və onların sərbəst və şəffaf şəkildə iradələrini ifadə etmələri üçün hər bir şəraitin olduğunu bildirdi.
24 saylı I Nizami seçki dairəsinin 8 saylı seçki məntəqəsində də payızda keçiriləcək parlament seçkilərinə hazırlıq işləri tam yekunlaşıb. Məntəqə sədri Elmira Əhmədovanın verdiyi məlumata görə, siyahı üzrə 1451 seçicisi olan bu məntəqədə seçki siyahıları dəfələrlə dəqiqləşdirilib. Məntəqədə növbətçilik sisteminin yaradıldığını seçicilərə, mütəmadi olaraq, seçki ilə bağlı məlumatların verildiyini bildirən məntəqə sədri prosesin gedişində heç bir problemin olmadığını da nəzərə çatdırdı.
Nizami rayonu ərazisində fəaliyyət göstərən 24 saylı I seçki dairəsinin 9 saylı seçki məntəqəsində də seçki hazırlıqlarının yüksək səviyyədə keçdiyini bildirən məntəqə sədri Fəridə Bağırova vətəndaşlara proseslə bağlı mütəmadi məlumatların ötürüldüyünü bildirdi. Siyahı üzrə 1385 nəfər seçicinin qeydiyyatda olduğu bu məntəqədə seçki hazırlıqlarının tam sürətlə həyata keçirildiyini bildirən F.Bağırova dairədən verilən bütün təlimatların yerinə yetirildiyini də nəzərə çatdırdı. 24 saylı Nizami I seçki dairəsinin 10 saylı seçki məntəqəsində də seçki hazırlıqlarının davam etdiyi məlum oldu. Məntəqə sədri Nəriman Əliyev artıq məntəqədə seçkini müşahidə edəcək siyasi partiya və təşkilatların nümayəndələrinin qeydiyyatdan keçdiyini və seçki siyahılarının yenidən dəqiqləşdirildiyini bildirdi. 1435 seçicinin bu məntəqədə qeydiyyatda olduğunu söyləyən N.Əliyev seçicilərlə mütəmadi olaraq görüşlərin keçirildiyini və məntəqənin prosesə tam hazır olduğunu qeyd etdi.
Seçki ilə bağlı hazırlıq Qaradağ rayon ərazisində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında da nəzərə çarpacaq səviyyədədir. Müşahidə apardığımız Qaradağ rayon ərazisində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında seçici siyahılarının, zəruri texniki avadanlıqların və digər tələb olunan vacib prinsiplərin yerinə yetirildiyini görmək mümkün idi. 12 saylı Qaradağ - Binəqədi - Yasamal seçki dairəsində də analoji vəziyyəti müşahidə etmək və seçki hazırlığının nəticəsi ilə bağlı konkret qənaətə gəlmək olar. Dairə sədri Qəşəm Əhmədzadənin verdiyi məlumata görə seçki ilə bağlı bütün işlər, demək olar ki, tam şəkildə yerinə yetirilib. "41798 nəfər seçicinin qeydiyyatda olduğu bu dairədə seçici siyahıları dəqiqləşdirilib və heç bir problem qarşıya çıxmayıb. Eyni zamanda, bu dairə üzrə fəaliyyət göstərən 35 seçki məntəqəsində də bütün zəruri işlər görülüb, inventarlarla təmin edilib. Onu da əlavə edim ki, bu dairə üzrə 30 seçki məntəqəsi daimi, 5 isə seçkiyə 5 gün qalmış yaradılan seçki məntəqələridir. Bu günə qədər namizədliyini irəli sürmək istəyən 11 nəfərin müraciəti qəbul edilib və eyni zamanda, 11 nəfərə də imza vərəqələri verilibdir. Onlardan iki nəfər parlament üzvlüyünə namizəd artıq imza vərəqələrini DSK-ya təhvil verib. Bir nəfərin isə namizədliyi qeydə alınıb. DSK-ya namizədlik üçün müraciət etmiş şəxslərin heç biri isə namizədliyini geri götürməyib.
11 saylı Qaradağ seçki dairəsində də seçkiyə hazırlıqla bağlı ciddi işlər görülməkdədir. Dairə sədri Azər Ələsgərovun qəzetimizə verdiyi məlumata görə, 32 daimi məntəqəni özündə birləşdirən 11 saylı DSK-da bütün işlərin tam normasında həyata keçirildiyini bildirdi. "44171 nəfər seçicinin qeydiyyatda olduğu 11 saylı Qaradağ seçki dairəsində 9 nəfər dairə üzvü gün ərzində məntəqələrdən gələn sorğuların və daxil olan müraciətlərin araşdırılması ilə məşğul olur. Dairənin tərkibində fəaliyyət göstərən məntəqələrin 5-də artıq vebkameralar quraşdırılıb. Bu dairə üzrə 11 nəfər parlament üzvlüyünə namizədliyini irəli sürüb və onlardan 4-ü imza vərəqələrini artıq DSK-ya təhvil verib. Eyni zamanda, DSK-ya müraciət etmiş şəxslərdən 2 nəfər namizədliyini geri götürüb."
11 saylı seçki dairəsinin 12 saylı seçki məntəqəsində də seçki hazırlıqlarının yüksək səviyyədə davam etdiyini müşahidə etmək olar. Məntəqə sədri V.İsmayılovun verdiyi məlumata görə, 1244 seçicinin səs verməsi üçün burada tələb olunan bütün şərait yaradılıb. "Səsvermə gününə qədər qarşıya çıxan bütün problemlərin həlli istiqamətində məntəqə üzvləri tərəfindən növbətçilik sistemi üzrə zəruri işlər görülür" deyən V.İsmayılov səsvermədə iştirak edə bilməyən vətəndaşların müraciətlərindən sonra səsvermə günü daşınan seçki qutuları vasitəsilə məntəqə nümayəndələrinin vətəndaşın yaşadığı ünvana getməsinin mümkünlüyünü də bildirdi. V.İsmayılov onu da qeyd etdi ki, bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində məntəqə üzrə qeydiyyatda olan seçicilərdən 31 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək.
12 saylı Qaradağ - Binəqədi - Yasamal seçki dairəsinin 11 saylı seçki məntəqəsində də seçici siyahılarının, vətəndaşların müraciətlərinin vaxtlı-vaxtında qəbul edilib, dəqiqləşdirildiyini müşahidə etmək olar. Məntəqə sədri Xanımgül Hüseynova 1397 seçicinin səs verməsi üçün şəffaf seçici qutularının və digər zəruri avadanlıqların artıq yerləşdirildiyini bildirdi. Qeyd etdi ki, bu məntəqədə seçkinin gedişini vebkamera vasitəsilə də izləmək mümkündür. 6 nəfər məntəqə üzvünün olduğunu bildirən X.Hüseynova daima seçicilərlə əlaqələrin saxlanıldığını və onlara zəruri məlumatların çatdırıldığını da vurğuladı.

Digər xəbərlər