PDF Oxu

Əsas

  • 17

Trend İnformasiya Agentliyinin 15 yaşı tamam olub

Trend İnformasiya Agentliyinin 15 yaşı tamam olub
Dünən əyləncə Mərkəzində Trend informasiya agentliyinin fəaliyyətə başlamasının 15 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə agentliyin 15 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. Ə.Həsənov Trend agentliyinin kollektivini 15 illik yubileyi münasibətilə təbrik edib, Azərbaycan mətbuatının inkişaf tarixindən, agentliyin əldə etdiyi uğurlardan, jurnalistlərin fədakar əməyindən danışıb: "İstənilən cəmiyyətdə informasiyanın rolu böyükdür. Bu işdə mətbuat xüsusi rol oynayır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, jurnalistika təkcə peşə deyildir, jurnalistika xüsusi bir fədarkarlıq tələb edən fəaliyyət növüdür. Trend agentliyinin əməkdaşları da fədakarlıq göstərmiş, cəmiyyətin informasiya ilə təminatında mühüm oynamışlar. Agentlik ötən dövr ərzində ölkə ictimaiyyətinin informasiya təminatında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də dünya xəbərlərinin Azərbaycan ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Trend İA beynəlxalq əlaqələr də qura bilib və bu gün dünyanın bir neçə agentliyi ilə uğurla əməkdaşlıq edir". Sonra Əli Həsənov agentliyin bir qrup əməkdaşına xatirə hədiyyələrini təqdim edib. Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.

Digər xəbərlər