PDF Oxu

Əsas

  • 15

İrpendə akademik Zərifə Əliyevanın adını daşıyan park abadlaşdırılacaq

İrpendə akademik Zərifə Əliyevanın adını daşıyan park abadlaşdırılacaq
Dünən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Kiyevin peyk şəhəri İrpenə səfər etmişdir. Məlum olduğu kimi, burada dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçə və Dostluq Parkı vardır. Diplomat Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəsi Elçin Məmmədov ilə birlikdə Zərifə Əliyeva adına Dostluq Parkında Azərbaycan xalqının görkəmli qızının büstü önünə güllər düzmüş, şəhər sakinlərinin sevimli istirahət guşəsinin abadlaşdırılması məsələlərini müzakirə etmişdir. Sonra Azərbaycanın səfiri İrpenin meri Oleq Bondar ilə görüşmüşdür. Görüşdə regionlararası səviyyədə tərəfdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur. E.Mədətov akademik Zərifə Əliyeva küçəsindəki 12 nömrəli ümumtəhsil məktəbinə də gəlmişdir. Məktəbin direktoru Valentina Antonenko ilə bu təhsil müəssisəsində akademik Zərifə Əliyeva muzeyinin yaradılması barədə razılıq əldə edilmişdir.

Digər xəbərlər