PDF Oxu

Əsas

  • 14

ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili MSK-da olub

ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili MSK-da olub
Birləşmiş Ştatların Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Milli.Az xəbər portalına MSK-dan verilən məlumata görə, ABŞ-ın Azərbaycanın dostu və strateji müttəfiqi olduğunu xatırladan MSK sədri bu ölkənin müvəqqəti işlər vəkili ilə görüşdən məmnunluq duyduğunu bildirib.
MSK ilə ABŞ səfirliyi arasında uzun müddətdən bəri sıx əməkdaşlığın mövcud olduğunu vurğulayan A.Sterlinq isə parlament seçkisini nəzərdə tutaraq, Azərbaycanın çox mühüm bir hadisə ərəfəsində olduğunu söyləyib. O, Milli Məclisə seçkilərlə bağlı vəziyyətlə maraqlanıb. MSK sədri seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri və görülən işlər barədə qonağa ətraflı məlumat verib. Görüşdə qarşıdan gələn seçkilərlə bağlı MSK ilə ABŞ səfirliyi arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

Digər xəbərlər