PDF Oxu

Əsas

  • 15

Kamal Abdullayev "Vətən Övladı" altun medalı və "Dədə Qorqud" mükafatı ilə təltif edildi

Kamal Abdullayev "Vətən Övladı" altun medalı və "Dədə Qorqud" mükafatı ilə təltif edildi
Dünən Bakı Slavyan Universitetinin Elmi Şuransının keçən tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş genişləndirilmiş iclası keçirilib. Tədbirdə qonaq qismində "Dədə Qorqud" Milli Fondunun prezidenti, "Azərbaycan dünyasi" Beynəlxalq Jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, millət vəkili Asim Mollazadə, Azərbaycan Yazıçılar İttifaqının katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Azərbaycan Teatr Xadimləri Cəmiyyətinin sədri Azərpaşa Nemətov və fondun məsul işçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü , professor K.M.Abdullayev yeni dərs ilinin başlanması münasibətilə bütün professor-müəllim heyətini təbrik edib. Daha sonra çıxış edən Eldar İsmayilov Kamal Abdullayevin rəhbərlik etdiyi BSU-nun uğurlarına görə ona təşəkkürünü bildirib: "Bu gün fəxrlə demək istəyirəm ki, bütün bu işlər Kamal müəllimin əməyinin nəticəsidir. Eyni zamanda, Siz Azərbaycan mədəniyyətini dünya səviyyəsində təbliğ edirsiniz. Dədə Qorqudu yaradıcılığınızda əsas götürmüş, onun idealarını və xalqın ruhunu tərənnüm edən ənənələrini geniş təbliğ etmək sahəsində misilsiz işlər görürsünüz".
"Azərbaycan dünyası" Beynəlxalq Jurnalının Ali Şurasının sədri, akademik Arif Mir Cəlal oğlu Paşayev və "Dədə Qorqud" Milli Fondu adından Kamal Abdullayev bu təşkilatın təsis etdiyi "Vətən Övladı" altun medalı və "Dədə Qorqud" mükafatı ilə təltif edildi. Çıxış edən K. Abdullayev Mir Cəlal ocağının dəyərli davamçısı, Azərbaycan üçün böyük işlər görən dəyərli alim və ziyalı Arif Paşayevə ,"Dədə Qorqud " Fonduna dərin təşəkkürünü bildirib: "Bu mükafat tək mənim deyildir, burada oturan hər bir həmkarım bu mükafatı mənimlə bölüşür."
Çıxış edən qonaqlar Kamal Abdullayevi səmimi qəlbdən təbrik etdilər, bu mükafatın təsadüfi olmadığını, Azərbaycanşünaslıq, Qorqudşünaslıq sahəsində gördüyü işlərin məntiqi nəticəsi olduğunu vurğulayıblar.

Digər xəbərlər