PDF Oxu

Əsas

  • 8

Naxçıvanda və Qaradağ rayonunda azad iqtisadi zonaları yaratmaq çox böyük ənəmiyyət kəsb edir

Naxçıvanda və Qaradağ rayonunda azad iqtisadi zonaları yaratmaq çox böyük ənəmiyyət kəsb edir
Azərbaycan iqtisadiyyatında qeyri- neft sektoruna diqqətin artırılması ən önəmli məsələlərdən biridir. Azərbaycan Prezidenti tərəfindən təsdiq olunan Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı 2004-2008-ci illəri əhatə edib. İkinci mərhələ isə, 2009-2013-ci illəri əhatə edir. "Milli Məclisdə bu məsələyə çox ciddi yanaşılıb. Düşünürük ki, neftdən gələn gəlirlərin əsas hissəsini qeyri-neft sektoruna yönəltmək lazımdır". Bu sözləri "Səs" qəzetinə acıqlamasında iqtisadçı millət vəkili Vahid Əhmədov bildirib: "Neft sektoru deyəndə kənd təsərrüfatı, sənaye, turizm sahəsi və insan kapitalı nəzərdə tutulur. Bu sahələrə də dövlətimiz tərəfindən xüsusi diqqət ayrılır. 2009-cu ildə cənab Prezident İlham Əliyev "Gülüstan" sarayında Regionların Sosial-iqtisadi inkişaf Dövlət Proqramı çərçivəsində məsələlər müzakirə olunanda iki mühüm məsələyə - ərzaq təhlükəsizliyinin təmin edilməsi, və qeyri-neft sektorunun inkişafı məsələsinə xüsusi diqqətin ayrılmasını diqqətə çatdırdı. Hər zaman bu iki sahəyə, xüsusilə, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə şərait yaradılmasına diqqət yetirilir. Bu gün Azərbaycanda bu sahələrdə yüksək səviyyədə işlər görülür. Yeni-yeni zavodların, sexlərin açılması, bir sıra sahələrin istifadəyə verilməsi ən önəmli hallardandır". Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan neft ölkəsidir. Bu gün Azərbaycanda çox böyük sənaye müəssələri tikilir. Lakin Azərbaycanda azad iqtisadi zonaların yaradılması gecikdirilir. Bu zonaların yaradılmasına çox böyük əhəmiyyət vermək lazımdır. Naxçıvanda və Qaradağ rayonunda azad iqtisadi zonaları yaratmaq çox böyük əhəmiyyət kəsb edir. Hər il Azərbaycana gələn turistlərin sayı artır. Həmçinin, xaricdə təhsil alan tələbələrimizin təhsil haqları da dövlət tərəfindən maliyyələşdirilir. "Azərbaycanda sosial inkişaf, sosial xidmət sferasında həyata keçirilən islahatları necə qiymətləndirirsiniz" sualını cavablandıran V. Əhmədov vurğuladı ki,sosial təminatla bağlı ( pensiya, əməkhaqqı, ünvanlı sosial yardım və s.) bir çox işlər görülüb. Milli Məclisdə ünvanlı sosial yardım haqqında qanun qəbul edilib və insanlar da bundan çox xeyir görürlər. Hətta Milli Məclisdə pensiyanın qaldırılması ilə əlaqədar qanun qəbul edilib. Regionlarda yeni iş yerləri açılır, insanların şəraitinin yaxşılaşdırılması üçün bir sıra işlər görülür. Sosial sahələrə də dövlət başçımız hər zaman diqqət yetirir. Ümumilikdə ölkəmizdə insan kapitalının möhkəmlənməsinin inkişafı üzrə tədbirlər həyata keçirilir.

Digər xəbərlər