PDF Oxu

Əsas

  • 385

"Azərbaycanda qeydiyyatda olan 45 min jurnalistin 5 mini öz peşəsi ilə normal məşğuldur"

"Azərbaycanda qeydiyyatda olan 45 min jurnalistin 5 mini öz peşəsi ilə normal məşğuldur"
Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.
SİA-nın məlumatına görə, kursların üçüncü günündə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Seçkilər zamanı aşkarlığın təmini, seçkiqabağı təşviqat və seçkiqabağı təşviqatı aparılmasında KİV-in rolu" mövzusunda məruzə edib.
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, hazırda ölkə daxilində bəzi siyasiləşmiş qəzetlər də mövcuddur: "Hazırda ölkədə müəyyən siyasi partiyalara məxsus olan qəzetlər mövcuddur. Onlar sırf xəbər yaymaqla yox daha çox siyasi partiya üzvü kimi fəaliyyət göstərir. Həmin qəzetin işçiləri seçki prossesinə tamamilə maneçilik törədə bilərlər. Bu zəmində həmin redaksiya seçki hüququnu pozur. Hakimiyyətin müsbət yöndə yaratdığı imicinə mənfi təsir edir".
Ə.Həsənov bildirib ki, hazırda Azərbaycanda qeydiyyatda olan 45 min jurnalistin 5 mini normal öz peşəsi ilə məşğuldur: "Respublikada normal jurnalistika fəailliyəti ilə məşğul olan 5 min nəfərdir. Həmin jurnalistlərin redaksiyaları mövcuddur və təhkim olunduğu qəzetlər ilə müqavilələri var. Həmin qəzetin işçiləri Dövlət Sosial Müdafiə fondunda qeydiyyatdan keçib vergi verir. Jurnalist vəsiqələri daşıyaraq dövlət tərəfindən müəyyən olunan üstünlüklərdən isitifadə edirlər. Hazırda 45000 min jurnalist var. Bəzi regionlarda bir şəxsin adına çoxlu sayda qəzet olur. Məsələn Qazaxda bir şəxsin adına 18 qəzet var. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bütün tanışlarına vəsiqə paylayıb. Paylanan vəsiqələrin sayı isə 1800 ədəddir. Bu jurnalistika deyil. Belələri digər jurnalistlərin dəyərlərini itirirlər. Və yaxud bir ad altında müxtəlif qəzetlər olur. Naxçıvanın adı ilə 12 ədəd qəzet var. Bu cür qeyri-peşəkar jurnalistlərin seçkiyə maneçilik törətməməsi üçün Mərkəzi Seçki Komissiyasında seçkidə iştirak edəcək jurnalistlər qeydiyyatdan kecəcək". Qeyd edək ki, avqustun 23-də başlanmış kurslar avqustun 26-dək davam edəcək. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim olunacaq. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.

Digər xəbərlər