PDF Oxu

Əsas

  • 12

Yoxsulluğun azaldılması yönümündə kompleks tədbirlər həyata keçirilir

Yoxsulluğun azaldılması yönümündə kompleks tədbirlər həyata keçirilir

Vətəndaşların işsizlik probleminin həll edilməsi yönümdə Azərbaycanda uğurlu dövlət siyasəti həyata keçirilir. İşsizliyin səviyyəsinin keçən ilin göstəricilərinə nisbətən 6,1 %-dən 6%-ə endiyi, əlbəttə, çox gözəl nəticədir. Bu azalma bizə işsizliyin aradan qaldırılması yönümdə görülən işlərin yüksək səviyyədə olduğunu deməyə əsas verir. Müsahiblərimizdən yoxsulluğun azaldılması barədə fikirlərini öyrəndik.

İqtisadçı-ekspert Əli Məsimli :

- Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirlər, müvafiq modellər əsasında həyata keçirilir. Bir tərəfdən real sektorun inkişafı, digər tərəfdən isə əhalinin aztəminatli təbəqəsinin, beynəlxalq praktikada, sosial müdafiəsinin təşkili ilə gerçəkləşdirilir. Ünvanlı sosial yardımın verilməsi, beynəlxalq praktikada əhalinin sosial müdafiəsini gerçəkləşdirən ən effektli üsullardan biri rolunu oynayır. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, iqtisadiyyatın inkişaf etdirilməsi və genişləndirilməsi nəticəsində, fiziki imkanları olanlar işləmək imkanları əldə edəcəkdir. Əgər şəxsin fiziki imkanı yoxdusa, o zaman o şəxs qocalığa, əlilliyə görə müavinətlərini alacaqdır. Digər tərəfdən isə, iş tapa bilməyən ancaq iş qabiliyyəti olan vətəndaşlarımıza, ailə başına 100 manat məbləğində ünvanlı sosial yardım verilir. Fikrimcə, bu istiqamətdə işlərin davam etdirilməsi çox vacibdir.

İqtisadçı-ekspert Eyyub Hüseynov :

- Azərbaycan regionun ən inkişaf etmiş dövlətlərindən biridir. Başqa ölkələrdə infrastruktur layihələr olsa da, Azərbaycanda bu layihələr daha mükəmməl şəkildədir. Bütün dünya ölkələri bu inkişafı dəstəkləyir. Dünyada qlobal problemlər sırasına girən işsizlik probleminin Azərbaycanda tam həlli istiqamətində tədbirlər görülür. Bu yönümdə yaradılan Dövlət Proqramı da bunlardan biridir. Bu proqram sayəsində məsələnin həlli ətrafında xeyli tədbirlər görülüb. Bundan əlavə, pul-kredit siyasətinin həyata keçirilməsi və bank sisteminin təkmiləşdirilməsi də, bu prosesin həllində böyük rol oynayacaqdır. Nəticə etibarı ilə işsizliyin səviyyəsində müəyyən qədər azalma müşahidə olunmaqdadır. Bundan əlavə, iqtisadiyyatımız getdikcə inkişaf edir. Hazırda dünya ictimaiyyətinin nəzərləri ölkəmizə çevirilib. Əldə etdiyimiz uğurlarla Azərbaycan Respublikasının dünya ictimaiyyətindəki mövqeyi daha da güclənir. Yoxsulluğun azaldılması üçün yüksək maaşlı iş yerlərinin də açılması prioritet təşkil edir.

Digər xəbərlər