PDF Oxu

Əsas

  • 26

"Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsinin qaliblərinin Avropa ölkələrinə səfəri təşkil edilib

"Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsinin qaliblərinin Avropa ölkələrinə səfəri təşkil edilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ilin 1-8 avqust tarixlərində məktəblilərarası inşa yazı müsabiqəsində qalib gəlmiş 20 şagirdin Fransa, Almaniya, Niderland və Belçika Krallığına səfəri təşkil edilib. SİA-nın Fondun yaydığı məlumata istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil edilən Avropa səfəri Fransadan başlayıb, nümayəndə heyəti Parisin görməli yerləri ilə tanış olub. Belçikaya yola düşən məktəblilər səfər həftəsi çərçivəsində Brüsselə, daha sonra isə Niderlandın Amsterdam şəhərlərinə səfər edib, tarixi yerləri və muzeyləri gəziblər.
Almaniyanın Köln şəhəri ilə tanışlıqdan sonra, müsabiqə qaliblərinin Belçikanın Brügge, Namur və Dinant şəhərlərinə səfərləri də təşkil olunub. Zəngin təəssüratla yadda qalan həftənin son günündə nümayəndə heyəti Brüssel yaxınlığındakı Vaterloo şəhərini gəzib, tarixi keçmişi yaşadan muzeyləri ziyarət edərək, maraqlı məlumatlar toplayıblar.
Qeyd edək ki, "Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsi ənənəvi olaraq keçirilir. Cari ilin may ayında təşkil olunan müsabiqədə 600 mindən artıq şagird iştirak edib. Üçmərhələli yarışmanın son mərhələsində 96 şagird seçilib; münsiflərin qərarına əsasən, 21 nəfər şagird müsabiqənin qalibi olub. Onlardan 5-i 1-ci yer, daha 5-i 2-ci yer, 11 nəfər isə 3-cü yerə layiq görülüb. Fərqlənən 56 şagird fəxri fərmanla mükafatlandırılıb, 87 məktəblinin inşa yazısı kitab halında nəşr olunub. Onlardan 10-u Naxçıvan Muxtar Respublikasından qalib seçilən şagirdlərdir.

Digər xəbərlər