PDF Oxu

Əsas

  • 14

"Litva Azərbaycan ilə münasibətlərin genişlənməsində maraqlıdır"

"Litva Azərbaycan ilə münasibətlərin genişlənməsində maraqlıdır"
Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın rəhbərliyi ilə Bakıda səfərdə olan nümayəndə heyəti avqustun 16-da Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvləri ilə görüşüblər.
SİA-nın məlumtına görə, Komitə sədri Səməd Seyidov qonaqlara Azərbaycan parlamentinin yaranma tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O deyib ki, dövlətlərimiz və xalqlarımız arasında yaxşı dostluq münasibətləri vardır. Deputatlarımız beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu da dostluq əlaqələrimizin inkişafında mühüm rol oynayır.
Arunas Valinskas deyib ki, səfərin məqsədi ölkələrimiz, xalqlarımız, eləcə də parlamentlərimiz arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Litva Azərbaycan ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin genişlənməsində maraqlıdır.

Digər xəbərlər