PDF Oxu

Əsas

  • 12

Sosialist İnternasional təşkilatı

Sosialist İnternasional təşkilatı
Dünən Sosialist İnternasionalının baş katibi Lusi Ayala "Trend" informasiya agentliyində mətbuat konfransı keçirib. Konfrans L.Ayalanın Bakıda keçirdiyi rəsmi görüşlər, o cümlədən, Sosialist İnternasionalının Şərqi Avropa, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə komitəsinin Bakıda keçiriləcək iclası ilə bağlı olub.
L.Ayala bildirib ki, artıq 2-ci dəfədir ki, Bakıdadır. Səfər çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla faydalı görüşlər keçirdiyini bildirən L.Ayala onu da bildirib ki, ilk dəfə Bakıya gəlişi 2007-ci ildə baş tutub. L.Ayala təmsil etdiyi təşkilatın dünyanın 140 ölkəsini təmsil etdiyini və onun sıralarına 170 partiyanın daxil olduğunu vurğulayıb. Bu partiyanın 60-ı öz ölkələrində hakimiyyətdə təmsil olunur. Bu təşkilatın dünya səviyyəli olduğunu qeyd edən L.Ayala təşkilata daxil olan partiya üzvlərinin sayının milyonlarla olduğunu bildirib.
Daha sonra o bildirib ki, Sosialist İnternasional təşkilatı Qafqazdakı regional problemlərin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Beynəlxalq aləmdə fəaliyyət göstərən bir təşkilat kimi, bu münaqişə ətrafında baş verən bütün proseslər, atılan addımlar yaxından izlənilir. Təşkilat tərəfindən 1994-cü ildən bu yana Dağlıq Qarabağ konflikti ilə bağlı bir neçə təklifin irəli sürüldüyünü bildirib. Təşkilat son illərdə daha da genişlənib. Hətta digər ölkələrdə də münaqişələrin həllində iştirak etdiklərini bildirib. Onun dediyinə görə, regionda aktual olan məsələlərə gəldikdə isə, bu məsələnin siyasi yolla həlli labüddür. "Hətta Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün bizim potensialımız var" deyən L.Ayala Yerevanda bununla bağlı bir neçə dəfə müzakirələr apardığını vurğulayıb.
O cümlədən, L.Ayala Azərbaycanda keçiriləcək parlament seçkilərini xüsusi maraqla müşahidə edəcəklərini də bildirib.

Digər xəbərlər