İrina Bokova Azərbaycana səfərə gəlib
Dünən YUNESKO-nun baş direktoru xanım İrina Bokova Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar YUNESKO-nun baş direktoruna gül dəstəsi təqdim etdilər.