PDF Oxu

Əsas

  • 19

Fövqəladə Hallar Nazirliyində mətbuatının yaranmasının 135 illiyinə həsr olunmuş tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyində mətbuatının yaranmasının 135 illiyinə həsr olunmuş tədbir keçirildi
Mətbuatımızın 135 illiyi ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 22-də bir qrup jurnalistin nazirliyin döş nişanı ilə təltif edilməsi barədə əmr imzalayıb. Bununla bağlı keçirilən tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev mətbuatın keçdiyi yoldan danışdı. O, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iyulun 22-də bir qrup jurnalistin təltif olunması barədə əmr imzaladığını söylədi.
O.Hacıyev maarifçilik sahəsində böyük addım atan "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımızın şərəfli yol keçdiyini söylədi: "Əkinçi" açdığı izin nəticəsidir ki, XX əsrin əvvəlində Azərbaycanda onlarla qəzet dərc olunmağa başlayıb. Heydər Əliyevin hakimiyyətə gəlməsi də mətbuatımızın inkişafına güclü təkan verib, cəsarətli məqalələr dərc olunmağa başlayıb. Bu məqalələr keçmiş SSRİ-nin rəhbərliyində müzakirə olunub. Fövqəladə hallar naziri vurğulayıb ki, Azərbaycanda azad mətbuatın formalaşması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycana ali siyasi hakimiyyətə ikinci qayıdışı ilə qəzetlərin keçmiş borcu silindi, senzura ləğv olundu, mətbuata diqqət artırıldı".
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Vüqar Əliyev isə dövlət başçısının KİV-ə göstərdiyi qayğıdan bəhs etdi: "Elə bir dövlət tanımıram ki, prezident jurnalistlərin sosial müdafiəsi üçün vəsait ayırsın və onlar üçün ev tiksin. Azərbaycan Prezidenti İlham Əliyev bu addımı atıb".
O, dövlət başçısı İlham Əliyevin jurnalistlərin təltif olunması və onların sosial şəraitinin yaxşılaşdırılmasına dair son sərəncamlarını buna misal göstərdi. Tədbirdə çıxış edən jurnalistlər də FHN-in mətbuatla əlaqələrə daim önəm verdiyini dilə gətirdilər. Daha sonra bir qrup jurnalistlər Fövqəladə Hallar Nazirliyinin "Əməkdaşlığa görə" döş nişanı ilə təltif olundu. Mükafat alanlar arasında SİA-nın və "Səs" qəzetinin əməkdaşları da var.

Digər xəbərlər