PDF Oxu

Əsas

  • 20

"Kənd təsərrüfatına dair seminar keçirilib

"Kənd təsərrüfatına dair seminar keçirilib
Dünən Bakıda, "Gülüstan" sarayında Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası (ADFIMI) "Kənd təsərrüfatının maliyyələşdirilməsində yeni istiqamətlər" mövzusunda seminar keçirib.
Tədbirdə İslam ölkələrində kənd təsərrüfatının inkişaf etdirilməsi, mövcud problemlər və onların həlli yolları, ərzaq təhlükəsizliyi, yoxsulluğun səviyyəsinin azaldılması məsələləri müzakirə edilib.
Seminarda çıxış edən İslam İnkişaf Bankının (İİB) əməliyyatlar siyasəti və xidmətlər bölməsinin direktoru Məhəmməd əl-Saati yüksək qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib. Qonaq bildirib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi yoxsulluğun səviyyəsinin azaldılmasında böyük rol oynayır. Müasir dövrdə kənd təsərrüfatı sahəsinin mühüm dəyişikliklərə məruz qaldığını qeyd edən Məhəmməd əl-Saati bu sahədə İİB və ADFIMI arasında əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. ADFIMI Məşvərət Komitəsinin sədri Zainul Arif Hüseyn kənd təsərrüfatında sərmayələrin artırılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, aqrar sektorda rəqabətliliyin artırılması üçün əlverişli şərait yaradılmalıdır. Qonaq, həmçinin ərzaq istehsalında özəl sektorun rolunun artırılmasının, qida sənayesinin inkişafının, kənd təsərrüfatında yüksək texnologiyanın tətbiqinin əhəmiyyətini vurğulayıb.

Digər xəbərlər