PDF Oxu

Əsas

  • 24

"Türkiyə-Azərbaycan münasibətləri və Heydər Əliyev" mövzusunda elmi konfrans keçirilib

"Türkiyə-Azərbaycan münasibətləri və Heydər Əliyev" mövzusunda elmi konfrans keçirilib
Heydər Əliyev Fondunun Türkiyə Təmsilçiliyi İzmir bələdiyəsinin salonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə "Türkiyə-Azərbaycan münasibətləri və Heydər Əliyev" mövzusunda elmi konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummili lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov, İzmir valisinin müavini Məhmət Ərdoğan, İzmirdəki azərbaycanlı tələbələrin nümayəndəsi Cavid Əliyev tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, ulu öndərin Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasından, onun "bir millət, iki dövlət" adlandırdığı Türkiyə və Azərbaycanın gələcəyi naminə göstərdiyi səylərdən ətraflı bəhs etmişlər. Daha sonra konfrans çərçivəsində keçirilən seminarda Türkiyə politoloqları və alimlərinin məruzələri dinlənilib. İzmirdəki Doqquz Sentyabr Universitetinin iqtisadiyyat kafedrasının müdiri, professor Rəcəb Kök "Müstəqillikdən sonra Türkiyə-Azərbaycan əlaqələri" mövzusunda məruzəsində ulu öndər Heydər Əliyevin "Əsrin müqaviləsi", habelə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri layihələri ilə iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirdiyini, xalqlarımızın rifahına böyük töhfələr verdiyini konkret faktlarla əsaslandırıb. Ulu öndərin siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri zamanı imzaladığı enerji sazişləri bunun bariz nümunəsidir. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin sədri Sinan Oğan "Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyevin rolu" mövzusunda məruzəsində ulu öndərin hələ Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi dövrdən qardaş Türkiyənin rəhbərləri ilə sıx əməkdaşlığından, Azərbaycan Prezidenti kimi Türkiyənin maraqlarına cavab verən addımlarından ətraflı bəhs edib. Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun nümayəndəsi, dosent Əli Erol Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edən məruzə etmiş, İzmir valiliyinin əməkdaşı Fadıl Ünal ulu öndər Heydər Əliyevin İzmirə səfərindən, onunla şəxsi görüşündən danışıb. Seminarın sonunda məruzəçilərə xatirə hədiyyələri təqdim olunub.

Digər xəbərlər