PDF Oxu

Əsas

  • 12

BÖYÜK XİLASKARLIQ MİSSİYASI

BÖYÜK XİLASKARLIQ MİSSİYASI

Xalqımız 15 İyun Milli Qurtuluş Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. Çünki bu 15 iyun Azərbaycanın taleyüklü tarixi dönüş günü olmaqla yanaşı, ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcıdır.

Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov: "Qurtuluş Günü Azərbaycan xalqının taleyində həlledici və ən dəyərli gündür"

- 15 İyun Milli Qurtuluş Günü inkişafımızın başlanğıcı, əhalinin yüksəlişinin əsası qoyulan həlledici gündür. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşü hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliyə səbəb olan xoşbəxt gələcəyin açarı kimi qiymətləndirildi. Məhz buna görə də, Qurtuluş Günü Azərbaycanın həyatında tarixi dönüş günüdür və ölkənin ictimai-siyasi həyatında açılmış yeni səhifədir. Bu səhifədə Heydər Əliyev dühası qızıl hərflərlə yazılmış oldu. Çünki o zamankı ictimai-siyasi həyatda Azərbaycan təhlükə qarşısında idi və ölkənin yeganə nicat yolu onun böyük oğlu Heydər Əliyevdən asılı idi. Çünki Qurtuluş Günü olmasaydı, başqa heç bir bayram gününün olmağından belə söhbət gedə bilməzdi. Çünki bu gün Azərbaycan xalqı üçün həlledici rol oynayan konkert bir hadisə ilə bağlı idi. Yəni xalqın taleyi, tarixi haqqında çox gözəl sözlər deyilməsi, deklarativ işlərin görülməsi (məsələn, azadlığın elan olunması, azadlıq uğrunda mübarizə aparılması) bir məsələdirsə, ancaq xalqın taleyində konkret iş görülməsi isə tamamilə başqa bir məsələni özündə əks etdirir. Məhz bu günə Qurtuluş Günü deyirlər. Çünki ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan bəlalardan və vətəndaş müharibəsindən xilas oldu. Bundan sonra Azərbaycan tarixində yeni dövr - islahatlar, yeniliklər, inkişaf, inteqrasiya mərhələsini başladı. Nəticədə, Azərbaycan böyük inkişaf mərhələsinə qədəm qoydu və hər sahədə yüksəliş, köklü dəyişikliklər özünü göstərdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizin xoşbəxt gələcəyini təmin etmiş oldu. Dövlətimiz, xalqımız sabit və sakit bir şəraitdə yaşamağa başladı.

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov: "Milli Qurtuluşdan keçən son 17 ildə respublikamız çox böyük nailiyyətlər əldə etmiş, böyük uğurlar qazanılmışdır"

- 1993-cü ildə ölkəmiz çox ağır gününü yaşayırdı. Həmin ilin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər, cəbhədə baş verən uğursuzluqlar xalqın ümidlərinin yenə də boşa çıxdığını aydın göstərir, xalq bir daha aldadıldığını başa düşərək öz haqlarını istəyir, onlara verilən vədlərin yerinə yetirilməsini tələb edirdilər. Düşdükləri bu çətin siyasi proseslərdən çıxış yolu tapmaq əvəzinə, o vaxtkı rəhbərlik müxtəlif kənar siyasi dairələrin təsirilə hakimiyyəti daha da zəiflədir, bəzi hakimiyyət nümayəndələri isə özlərini ayrı-ayrılıqda hakimiyyətin əsil sahibi sayır, yersiz bəyanatlar verir, bu bəyanatların nə ilə nəticələnəcəyinin fərqinə varmadan məntiqsiz çıxışlar edirdilər. Bu isə çoxdan Azərbaycanı parçalamaq niyyətində olan xarici qüvvələrin əlinə çox gözəl fürsət vermiş, Azərbaycan xalqı növbəti dəfə bölünmək təhlükəsi qarşısında qalmışdı. Artıq 1993-cü ilin aprel-iyun aylarında aparılan naşı və səhv siyasətin nəticəsi olaraq vəziyyət kritik həddə çatmış, dövlət böhranı baş vermişdir. Şuşa və Kəlbəcər kimi strateji əhəmiyyətli məntəqələr düşmən tərəfindən işğal olunmuşdu. Belə çətin məqamda Gəncə və Lənkəranda baş vermiş qiyam və itaətsizlik o vaxtkı iqtidarın və eləcə də, Azərbaycanın özünün bir dövlət kimi varlığını təhlükə altına qoyurdu.
Ulu Tanrı bu xalqı bu dəfə zamanın dolanbac yollarında sahibsiz, tək buraxmadı, Azərbaycana sahib çıxan tapıldı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqı cismani və mənəvi cəhətdən tamamilə məhv olmaq təhlükəsindən qurtardı, Azərbaycanda qırılan ümidlər canlandı, xalq gələcəyə inamla baxmağa başladı. Xalq özünün sahibsiz olmadığını, nəyəsə qadir olduğunu başa düşdü, müstəqilliyə, azadlığa, birliyə qarşı qurulan maneələr aradan qaldırıldı, düşmən öz xain əllərini vətən torpaqlarından çəkməyə məcbur oldu.
Bu gün Azərbaycanda bütün sahələrdə inkişaf və tərəqqi vardır. Bu inkişaf davamlı olaraq uğurla irəliyə doğru aparılır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, iqtisadi islahatlar, artıq öz bəhrəsini verir, əhalinin həyat səviyyəsi günü-gündən yaxşılaşır, dövlətimizin nüfuzu güclənir. Müstəqilliyimizin bərpasından keçən 19 il və milli dövlətçiliyimizin və xalqımızın Milli Qurtuluşundan keçən son 17 ildə respublikada çox şeylər dəyişmiş, böyük nailiyyətlər əldə olunmuş, böyük uğurlar qazanılmışdır.

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov:

- Məhz bu tarix müstəqil Azərbaycanın inkişafında dönüş tarixi oldu. Müstəqilliyimizin ilk illərində, yəni 1993-cü ilə qədərki dövrdə respublikada siyasi hakimiyyətlərin tez-tez dəyişməsi, rəhbərlikdə olanların başlarının kürsü və vəzifə davasına qarışması, onların qeyri-peşəkar, bəzən isə xəyanətkar mövqedə dayanmaları, özbaşınalıq və anarxiya, tez-tez baş verən hakimiyyət böhranları, nəinki respublikanın sosial və siyasi dayaqlarını sarsıdaraq, onun bir siyasi subyekt kimi mövcudluğunu zərbə altına qoyurdu, habelə, onsuz da dağılmaqda olan iqtisadiyyata ağır və məhvedici təsir göstərirdi. Digər tərəfdən, Azərbaycan Respublikasının qonşu Ermənistan tərəfindən müharibəyə cəlb olunması, müharibə gedən və işğal olunmuş rayonlardan qaçqınlar axınının respublikanın digər rayonlarına gəlməsi, hərbi əməliyyatlara fantastik xərclərin çəkilməsi iqtisadiyyata ağır zərbə vururdu.
Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü başlandı. 1993-cü ilin iyununda başlanmış bu dövr mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni, müstəqil Azərbaycanın qurulması dövrüdür. Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək, Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi.

Digər xəbərlər