PDF Oxu

Əsas

  • 9

Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
Respublikamızın aparıcı mədəniyyət mərkəzlərinin yerləşdiyi Bakı şəhərinin Səbail rayonundakı - teatrlar, muzeylər, parklar və digər mədəniyyət obyektləri ölkə başçısının göstərişinə əsasən təmir olunaraq, sakinlərimizin və şəhərimizin çoxsaylı qonaqlarının istifadəsinə verilmişdir.
Bu istiqamətdə Səbail rayon icra hakimiyyəti tərəfindən rayonda abadlıq və quruculuq işləri aparılır. 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı isə rayonda bir neçə sosial yönümlü obyektin istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Əlamətdar bayram ərəfəsində dahi sənətkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun adını daşıyan və bu il 70 yaşını qeyd etməyə hazırlaşan 2 saylı Musiqi Məktəbinin əsaslı təmir işlərindən sonra istifadəyə verilməsi Səbail rayonunun sakinlərinə daha bir töhfə olunmuşdur.
Mərasimində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov məktəbdə aparılan əsaslı təmir işlərinin başa çatması münasibəti ilə pedaqoji kollektivi, valideynləri və şagirdləri təbrik etdi. Bu mərasim məhz 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunduğunu bildirdi. Ölkə başçısı cənab İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində mədəniyyətimizə diqqət daha da artdığını qeyd edərək, bildirdi ki, son illərdə ölkəmizdə yüzlərlə məktəb binası tikilmiş və köhnələri təmir olunmuşdu. İndi Heydər Əliyev Fondu tərəfindən Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 saylı orta məktəb əsaslı təmir olunur. O, bu işlərə görə ölkə başçısına minnətdarlığını bildirdi. Natiq qeyd etdi ki, bu gün istifadəyə verilən 2 saylı Musiqi məktəbi yüksək səviyyədə təmir olunmuşdu.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, ulu öndərin Azərbaycan mədəniyyətinə olan münasibətini bu gün də onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Fərəhləndirici haldır ki, bu gün dahi sənətkarlarımız Tofiq Quliyev, Qara Qarayev və Rəşid Behbudovun adını daşıyan musiqi məktəbləri çox gözəl təmir olunaraq istifadəyə verilib. O bildirdi ki, nazirlik tərəfindən görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin qoyulması ilə bağlı işlərə başlanmışdır. Bütün bunlar və görülən işlər mədəniyyətimizin gələcək inkişafına zəmin yaradır, bu gözəl musiqi məktəbləri isə gələcəkdə yeni-yeni dahi musiqiçilərin yetişdirilməsinə böyük kömək olacaqdır.
Rəşid Behbudovun ailəsi adından çıxış edən müğənninin qızı Rəşidə Rəşid atasının adını daşıyan məktəbin təmir olunmasında əməyi olanlara təşəkkürünü bildirdi. Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olundu.
Qeyd edim ki, tədbirdə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, millət vəkili Fuad Muradov iştirak edirdilər.

Digər xəbərlər