PDF Oxu

Əsas

  • 23

Təbii fəlakətin nəticələri tezliklə aradan qaldırılacaq

Təbii fəlakətin nəticələri tezliklə aradan qaldırılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması ilə bağlı sərəncam imzalayıb. Hökumət komissiyası əhaliyə dəyən ziyanın aradan qaldırılması, mövcud problemlərin yoluna qoyulması və üzləşilən digər çətinliklərin həll olunmasında nə kimi köməkliklər göstərə biləcək? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Aydın Mirzəzadə,
millət vəkili:

- Hökumət komissiyasının yaradılmasının özü məsələnin dövlət başçısının ciddi nəzarətində olduğunu və problemin həlli üçün kompleks tədbirlər görmək istəyindən irəli gəlirdi. Komissiya, sadəcə, vəziyyəti araşdırmaq üçün deyil, həm də qarşıya çıxan problemlərin həll edilməsi üçün təkliflər hazırlayıb Prezidentə təqdim edilməsi, eyni zamanda, gələcəkdə bu cür problemlərin qarşısını almaq üçün kompleks tədbirlər görmək təklifini hazırlamaq üçün yaradılmışdır. Bildiyiniz kimi, komissiya vaxtaşırı fəlakət zonasında iclaslarını keçirir və görülən tədbirlər nəticəsində baş vermiş təbii fəlakətin qarşısını almaq mümkün olur. Burada ən əsası o oldu ki, insan tələfatı olmadı. Fikrimcə, ən əsası isə vaxtaşırı, komissiya üzvlərinin baş vermiş təbii fəlakətlə bağlı olaraq mətbuata verdiyi açıqlamaları zamanı sözügedən məsələ barədə qabaqlayıcı tədbirlərlə bağlı hansı işlər gördüyü bildirildi. Artıq bir aydan çoxdur ki, komissiyaya daxil olan hökumət üzvləri fəlakət zonasındadırlar və birbaşa görülən işlərə nəzarət edirlər.

Cəmil Həsənli,
millət vəkili:
- Baş vermiş təbii fəlakət nəticəsində çoxlu sayda sakinlərin yaşayış məntəqələri sel sularına məruz qalıb. Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin aradan qaldırılması üçün, təbii ki, sözügedən hökumət komissiyası yaradılmalı idi. Ona görə də, Prezident İlham Əliyev belə bir komissiyanı yaradıb ki, fəlakət nəticəsində zərər çəkmiş insanların problemlərinin həll olunması istiqamətində zəruri olan addımlarını atacaqdır. Mən də ümid edirəm ki, tezliklə baş vermiş təbii fəlakət aradan qaldırılacaqdır.

Digər xəbərlər