"Ətraf mühitin mühafizəsinə dair maarifləndirmədə KİV-lərin roluna dair dəyirmi masa keçirilib
Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) konfrans zalında "Ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin rolunun artırılması" layihəsi çərçivəsində KİV nümayəndələri və ekoloqların birgə dəyirmi masası keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasnın Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Mövqe" qəzetinin redaksiyası tərəfindən həyata keçirilib.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, fondun direktoru Vüqar Səfərli, "Mövqe" qəzetinin redaktoru İlham Ələsgərov, "İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə, "Olaylar" qəzetinin redaktoru Yunus Oğuz, "Bakı xəbər" qəzetinin redaktoru Aydın Quluyev və başqalrı iştirak ediblər. Dəryimi masada çıxış edən nazir Hüseyqulu Bağırov bildirib: "Fonda öz təşəkkürümü bildirirəm ki, belə tədbirlər keçirir. Bu bizim artıq birgə gördüyümüz neçənci layihədir. Sözsüz ki, ekologiya sahəsində problemlər mövcuddur. Prezidentimiz ağac əkməni xalq hərəkatına çevrilməsini səsləndirmişdi. Tədricən də bu xalq hərəkatına da çevrildi. Mənə gələn şikayətlərdən, məktublardan aydın olur ki, bu problem insanları çox düşündürür. Bir ağaca balaca da olsa zədə dəyəndə onlarla şikayət gəlir. Mətbuatın cəmiyyəti maarifləndirilməsi əsas şərtdir. Belə ki, mətbuat 4-cü hakimiyyətdir. Ancaq hakimiyyət kabineti deyil. Düşünürəm ki, ekoloji bir məktəb yaratmaq lazımdır ki, jurnalist sırf ekologiya mövzusuna düzgün, dəqiq yanaşan olsun. Hamımızı irəli aparan aydın mövqe olmalıdır. Azərbaycan zahirən 8-10 ilə yeni bir dövlətə, ölkəyə çevriləcək. Bir neçə il öncə ağacların sürətli kəsilməsi prosesi gedirdi. Ancaq belə halların qarşısı indi demək olar ki, aradan qaldırılır. Elə bir yer yoxdur ki, orada suvarma sistemləri olmadan ağaclar əkilsin. Əgər harda ki suvarma sistemləri yoxdursa, həmin yerlərdə- Şamaxı, Quba və digər rayonlarda təcili olaraq sürətli şəkildə suvarma sistemləri quraşdırırıq. Qeyd etmək istərdim ki, 8 il öncə Azərbaycana xaricdən 4 milyon manatlıq ağac materialı gətirilirdisə, indi bu göstərici 85 milyon manata çatıb. Hətta ağaclara ziyan vuranlar barəsində də tədbirlər görəcəyik. Misal olaraq deyə bilərəm ki, Estoniya öz fonduna 11 milyonluq cərimə toplayır, ancaq bizdə bu göstərici 2001-ci ildə 100 min idisə, indi bu rəqəm 1 milyondur. Bu rəqəmin artması üçün biz 5-6 il idi ki, çalışırdıq.Biz bu rəqəmi bundan sonra 6 milyona çatdırmaq istəyirik. Fond buna şəffaf söz verir. Jurnalist bu sahədə yaxşı yazsa düşünürəm ki, hər şey öz yoluna düşər." Aydın Quluyev öz çıxışında qeyd edib ki, bu məsələlərin həllində təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, həm də digər nazirliklər də məşğul olmalıdır. Bütün cəmiyyət və fərdlərin hamısı bu məsələyə səfərbər edilməlidir. Hesab edirəm ki, belə tədbirlərin keçirilməsi vacib əhəmiyyət kəsb edir. İnanıram ki, bundan sonra da bu cür toplantılar davamlı şəkildə keçiriləcək. Ekologiya nazirliyi baş verən problemlərin mahiyyətini, kökünü göstərir. Biz isə cəmiyyət olaraq bu problemləri həll etməliyik.
Vüqar Rəhimzadə vurğulayıb ki, ətraf mühitin qorumaq hər bir vətəndaşın borcudur. Düşünürəm ki, ekoloji məktəbin yaradılması bu sahədə atılacaq önəmli bir addımdır. Orta təhsil müəssilərində şagirdlərin maarifləndirilməsi ilə yanaşı bu işləri hətta məktəbəqədər təhsil müəssisələrdə aparılmasıda məsləhətdir. Son illərdə ekologiya sahəsində uğurlu işlər görünür. Daha sonra fondun direktoru Vüqar Səfərli bildirib ki, fond yaranandan mütamadi olaraq müxtəlif layihələr həyata keçirib. Bu günə qədər 19 istiqamətdə layihələr keçirilib ki, onlardan biri də ekologiya sahəsidir. 2009-cu ilə bu sahədə 5 layihə olub. Onlardan biri də bu günki "Mövqe" qəzetinin tədbiridir. Bundan sonra yayda Altıağacda, Şahdağda tədbirlərimiz təşkil olunacaq. Təkcə problemlərin həll olunmasında redaktorlar deyil, eləcə də jurnalistlər də yerindəcə maarifləndirmə işini yerinə yetirsin. Biz fond olaraq bir layihə də keçirmişik. Belə ki ekologiya ilə bağlı müsabiqə keçirmişik. Təəssüf ki, 52 yazı və 4 reportaj qəbul edilib. Artıq bütün yazılar qəbul olunub. Nəticələr isə ekspertlərdədir. İyunun 5-nə kimi qaliblərin adları məlum olacaq. İstərdim ki, belə müsabiqələrə həvəs daha da artsın.