Məlum olduğu kimi, ATƏT-in Bakı ofisinin sədr müavini, Melisa Stoun adlı ABŞ vətəndaşı Azərbaycan xalqının ünvanına "şərəfsiz", "səviyyəsiz", "şürsuz heyvan" və bu kimi digər ifadələrlə təhqir edib. Bununla da əxlaqının və səviyyəsinin nədən ibarət olduğunu göstərib. Söhbət etdiyimiz bəzi siyasi partiya funksionerləri və millət vəkilləri ABŞ əsilli ATƏT rəsmisinin Azərbaycan xalqı əleyhinə qeyri-etik fikirlər səsləndirməsinin onun normal durumda olmaması ilə əlaqələndirdilər.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə:
- Açığını deyim ki, belə bir informasiya çox böyük təəssüf doğurur. Beynəlxalq təşkilatın Bakı ofisinin rəhbərlərindən biri işlədiyi ölkə barəsində diplomatiyanın heç bir tələblərinə uyğun olmayan bəyanat verməsi ciddi araşdırma mövzusu olmalıdır. Aydınlaşdırılmalıdır ki, doğrudanmı, belə bir bəyanat verilib və adıçəkilən şəxs həmin bəyanatın müəllifidir. Əgər bu təsdiqlənərsə, hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Bakı ofisindən rəsmi izahat tələb etməlidir. Həmin şəxs isə, dediyi sözlərin izahatını verməlidir. O, Azərbaycan xalqı haqqında belə ifadələrə görə, "Personal nonqrand" elan edilməli, yaxud da Azərbaycan xalqından üzr istəməlidir. Hər halda, belə bəyanatlar cavabsız qalmamalıdır. Azərbaycan ərazisində olan xarici ölkə vətəndaşı, beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycan dövlətinə, onun hüquqi statusuna hörmətlə yanaşmalı, hər hansı bir formada özünün siyasi simpatiyasını bildirməməlidir. Burada hökumətin tənqid edilməsi, ayrı-ayrı siyasi müxalifət liderlərinə üstünlük verilməsinin özü isə, Azərbaycanın daxili siyasətinə kobud şəkildə müdaxilədir. Bu beynəlxalq təşkilat statusuna qətiyyən uyğun gəlmir. Hesab edirəm ki, bu mövzu diqqətdən kənarda qalmamalıdır. Yaxın günlərdə bununla bağlı ciddi rəsmi araşdırmalar aparılmalıdır.
Politoloq Cümşüd Nuriyev:
- Azərbaycanın Nizamisi, Füzulisi olanda M.Stoun məxsus olduğu xalq küçələrdə yarıçılpaq vəziyyətdə gəzirdi. Ona görə də, getsin mədəniyyət nədir onu öyrənsin, sonra gəlib Azərbaycan haqqında danışsın. Amma M.Stounun danışdıran ABŞ və Qərbin maraqlarıdır. Bacı olduqları üçün də Əli Kərimovu müdafiə edir. Hər ikisi eyni qrupun nümayəndəsidir. Həm elə, həm də belə. M.Stoun ATƏT-in sədr müavini olmaqla bərabər, Azərbaycanın hesabına maaş alır, çörək yeyir. Bu, erməni xislətindən doğan bir şeydir. Onun qanında elə ermənilik də var. ABŞ-ın M.Stounu dəstəkləməsinə gəldikdə, bunun arxasında ayrı şey durur. ABŞ-ın layihəsi bundan ibarətdir ki, parlament seçkilərində Azərbaycanda heç kəsin qəbul etmək istəmədiyi əli, isa, musa kimilərini qabağa versinlər. Bu adamları elə dairələrdən namizədliklərini versinlər ki, həmin dairələdən onların keçmək ehtimalı sıfıra bərabər olsun. Bundan sonra da iqtidarı ittiham etməyə çalışsınlar. ABŞ 30-a yaxın adamlarını parlamentə salmaqla fraksiya yaratmaq istəyir. Adını da demokratk fraksiya qoyacaqlar. Bu tərkibdə-5-10 danışan, qalanları susmaqla məşğul olan millət vəkilləri olacaq. Bu 30 nəfər 1990-cı ildə parlamentdəki kimi qalanların hamısını suzsuz aparıb, suzsuz gətirəcək. Bakıda ATƏT ofisinin sədri olan türk hara baxır? Adı, özü türk olanın millətini qoyun adlandıran bir adamı özünə müavin seçən türkə mənim şübhəm var. Yəni, bu da bağışlanası şey deyil. Bundan da başqa, Azərbaycan xalqını, dövlətini təhqin etdiyinə görə, o, "Personal nonqrand" elan olunmalıdır. "Xanımcığın" nəzərinə bir şey çatdırmaq istəyirəm ki, Azərbaycan hazırda son 2 ildə beynəlxalq maliyyə böhranından özünün yürütdüyü ağıllı iqtisadi siyasətlə artıq dünya siyasətçilərinin və hüquqşünaslarının nüfuz dairəsinə girib. Ona görə də bu "xanım" yaxşı olar ki, gözünü açıb bu şeylərə diqqətlə baxsın görsün ki, Azərbaycan nədir. Həmin "xanım" özü kimi transvisistləri tapacaqsa, transseksuallarla işləyəcəksə, yadında saxlasın ki, bura Azərbaycandır, Hollandiya deyil. Yaxşı olar ki, Əli kimləri götürüb, Amsterdamda "Qırmızı kvadrat" deyilən yer var, ora getsin. Orada oturub nə istəyirlər danışsınlar, özlərini necə istəyirlərsə, nümayiş etdirsinlər. Azərbaycan xalqını təhqir etmək üçün onlar 100 il bundan sonra inkişaf etsələr, bəlkə onda hansısa bir söz deyə bilər. Son 200 ildə insan cildinə girənlər min illiklərlə tarixi olan bir xalq haqqında təhqiramiz ifadələr işlətməyə haqları yoxdur. O, Azərbaycandan qovulmalıdır. Hardadır, bu müxalifət? Ayrı vaxtı Azərbaycan xalqı ilə bağlı hər hansı bir söz işlədəndə deyirlər ki, biz türkçüyük, millətçiyik? Hanı millətçi partiyalar, niyə gəlib ATƏT-in ofisinin qarşısında piket keçirmirlər?
- Azərbaycan xalqı haqqında belə ifadələrin səslənməsi yolverilməzdir. Bu etik çərçivələri aşan fikirlərdir. Böyük keçmişi, tarixi, mədəniyyəti olan, dünya mədəniyyətinə böyük töhfələr bəxş edən millətə qarşı həqarətdir. Bu bir faktdır ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ATƏT Azərbaycanda bir çox dövlətlərin maraqlarına xidmət edir. Ölkədə bir növ gözdən pərdə asmaq üçün hesabat xarakterli tədbirlərin keçirilməsi də buna misaldır. Həmin insana bir daha xatırlatmaq yerinə düşər ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Böyük mədəni irsə, əxlaqa sahibdir. Azərbaycan BMT tərəfindən ilin xalqı elan edilib. Mübariz xalq olmağımızı heç kəs inkar edə bilməz. Baxmayaraq ki, uzun illər imperiyaların caynağına keçmişik, böyük dövlətlərin maraqlarının kəsişdiyi mübarizənin mərkəzində olmuşuq. Amma bununla belə, əyilməməişik, qürurumuzu sındırmamışıq. Millət olaraq özümüzü dəfələrlə təsdiq etmişik. Bütün hər şeyə tarixin özü qiymət verib, bundan sonra da verəcək.
BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli:
- Əgər belə fikirlər səsləndirilibsə, ilk növbədə hüquqi addımların atılmasına ehtiyac var. ATƏT-in Bakıdakı ofisi diplomatik misiyadır. Diplomatik misiyaya da qarşı beynəlxalq hüquqda qəbul olunan hüquqi addmların atılması nəzərdə tutulur. Hər hansı bir dövlətin, xalqın, millətin hesiyyatını tapdalayan, diplomatik normalara, etik qaydalara uyğun gəlməyən fikirlər səsləndirilirsə, həmin şəxs birmənalı şəkildə "Personal nonqrand" elan olunmalıdır. Yəni, M.Stounun Azərbaycandan çıxarılması üçün müvafiq hüquqi tədbirlər görülməlidir. O və onun kimi Azərbaycan milləti haqqında aşağılayacı fikirlər səsləndirən digər şəxslər təbii ki, Azərbaycanda heç bir formada fəaliyyət göstərə bilməzlər.
Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların rəhbərləri beynəlxalq təşkilatların və xarici səfirliklərin nümayəndləri ilə görüşlərində, Azərbaycan xalqı haqqında aşağılayıcı fikirlər səsləndirirlər. Nəzərnizə çatdırım ki, bu fikirlər həmin o radikal düşərgənin nəzarətində olan mətbuat orqanlarında mütamadi olaraq səsləndirilir. Bu rəy bizim bir sıra siyasətlər tərəfindən yaradılan rəydir. Eyni zamanda, onların Azərbaycana qarşı olan aqressiv münasibətlərindən irəli gəlir. Bu baxımdan, yenə də deyirəm ki, belə məsələlərdə ictimai qınaq anlayışı bir kənara qoyulur. Çünki söhbət Azərbaycan vətəndaşından deyil, xarici ölkənin vətəndaşından gedir. Ona sərt münasibət isə, mütləq ilk addımlarla olmalıdır. Partiya olaraq, buna reaksiya verəcək, məsələyə hüquqi qiymət verilməsinin tərəfdarı kimi çıxış edəcəyik. Burada birmənalı şəkildə həmin şəxsin Azərbaycandan çıxarılması və bununla digər şəxslərə də Azərbaycan haqqında bu cür alçaldıcı fikirlərin səsləndirən şəxsələr mesaj verilməsinə ehtiyac var.
YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov:
- Mən buna hiddətimi bildirirəm. Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirən şəxs ölkədən çıxarılmaqla cəzalandırılmalıdır. Hələlik isə, həmin adama nifrətmizi bildiririk. Bu gün müasir dünyada insanların düşüncə tərzi inkişaf edib. Onlar çox böyük intellektə malik olan Azərbaycan xalqını tanıyırlar. M.Stounun vətəndaşı olduğu ABŞ Azərbaycan dövlətini, xalqını çox gözəl tanıyır. Azərbaycan bu gün tək regionda deyil, dünyada inkişaf etmiş, qədim mədəniyyətə, tarixə malik, demokratik prinsiplərə söykənən dövlət kimi qəbul edilir. Belə bir əqidə sahibinin beynəlxalq qurumları təmsil etməyə mənəvi haqqı yoxdur. Həmin insanın özünün əxlaqı, şəxsi keyfiyyətləri şübhələr yaradır. Üzdəniraq insanın söylədiklərini hiddətlə qaşılayırıq. Yaxşı olardı ki, o, birinci növbədə, öz əxlaqı və şəxsi həyatı ilə bağlı məsələlər haqqında fikirləşsin. Çünki, onun internetdə yayımlanana dil atan və müxtəlif pauzalarda ki, görkəmi onun əxlaqının heç də yerində olmadığını göstərir. Yalnız belə adamlar Əli Kərimov kimilərlə eyni fikirdə və əqidədə ola bilər. Çünki, onları eyni həyat tərzi birləşdirir. Bu mənada "su axar çuxurunu tapar" deyiblər.