PDF Oxu

Əsas

  • 25

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinin yerinə yetirilməsinə həsr olunmuş ikinci dəyirmi masa keçirilib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinin yerinə yetirilməsinə həsr olunmuş ikinci dəyirmi masa keçirilib
Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tövsiyələrinin yerinə yetirilməsinə həsr olunmuş ikinci dəyirmi masa keçirilib. ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən dəyirmi masa seçkilərin təşkili, seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı, şikayətlərə daha effektiv baxılması məsələləri müzakirə olunub.
Dəyirmi masaya hökumət nümayəndələri, 17 siyasi partiyanın, eləcə də vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri qatılıb.
Tədbirin açılışında çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib ki, ATƏT noyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycan hökumətinin seçki mühitinin yaxşılaşdırılması istiqamətində səylərini dəstəkləyir. O bildirib ki, namizədlərin qeydiyyatı prosesinin düzgün aparılması bütün siyasi partiyaların seçkidə iştirakına geniş şərait yaradacaq.
ATƏT DTİHB-nin seçki bölməsinin nümayəndəsi Nikolas Kazorovski Azərbaycan hökumətinin seçki mühitinin yaxşılaşdırılması üçün ATƏT-lə dialoqu davam etdirməsini alqışlayıb. O qeyd edib ki, demokratik və yaxşı təşkil olunmuş seçki keçirməyin müstəqillik, ədalət, peşəkarlıq və şəffaflıq kimi bir neçə təməl standartı var. Nikolaz Kazarovski əlavə edib ki, DTİHB yalnız tövsiyələr verə bilər, əməkdaşlıq formatını isə Azərbaycan seçir.
MSK katibi Natiq Məmmədov ATƏT DTİHB ilə sıx əməkdaşlıq etdiklərini, bu əməkdaşlığın getdikcə daha effektiv səviyəyə gəldiyini söyləyib. O. Azərbaycan ərazilərinin işğal olunması, məcburi köçkünlərin mövcudluğunu ölkə ərazisində seçkilərin keçirilməsinə də bəzi problemlər yaratdığını bildirib. N. Məmmədov qeyd edib ki, bu ilin əvvəlindən seçki komissiyaları ölkə üzrə seçici siyahılarının hazırlanması prosesinə başlayıb və bu iş mayın sonunda yekunlaşacaq: "Bu məsələdə də işğal faktoru öz izini göstərir. Məcburi köçkünlərin siyahıya alınmasında müəyyən problemlər var. Onlar ölkənin bütün ərazisinə səpələniblər və bir sıra problemlər ortaya çıxır. Hətta bələdiyyə seçkilərində onların aktiv və passiv seçki hüququnu təmin etmək mümkün olmur". O, MSK-nın qarşıdakı seçkilərlə əlaqədar ciddi iş apardığını, yerli seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılmasına daha çox önəm verdiklərini vurğulayıb. Sonra müzakirələr mətbuata qapalı davam etdirilib.

Digər xəbərlər