PDF Oxu

Əsas

  • 13

Azərbaycanla Çexiya münasibətlərini strateji tərəfdaşlığa çevirirlər

Azərbaycanla Çexiya münasibətlərini strateji tərəfdaşlığa çevirirlər
"Çexiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz tövfəsini verməyə hazırdır". SİA-nın xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan Çex Respublikasının xarici işlər naziri, baş nazirinin müavini, Yan Kohout Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra jurnalistlər üçün keçirilən brifingdə söyləyib.
Onun sözlərinə görə, Münaqişə beynəlxalq hüququn prinsip və normaları, o cümlədən ölkələrin ərazi bütövlüyü prinsipi əsasında nizamlanmalıdır. Onun sözlərinə görə, Azərbaycan Çexiyanın Cənubi Qafqaz regionunda strateji tərəfdaşıdır. O, Çexiyanın Azərbaycanda səfirliyinin açılmasını buna misal gətirib və bildirib ki, bu addım iki ölkə arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək. "Biz Azərbaycanla iqtisadi sahədə əməkdaşlıqda, əsasən də enerji daşıyıcılarının nəqlində maraqlıyıq. Bu gün Çexiyanın istehlak etdiyi enerji resurslarının 25 faizi Azərbaycan neftinin payına düşür. Belə çıxır ki, Çexiyada hər dördüncü maşın Azərbaycan benzini ilə hərəkət edir. Çexiya həmçinin Azərbaycan sənayesinin inkişafında maraqlıdır".
Elmar Məmmədyarov isə öz növbəsində bildirib ki, çex həmkarı ilə görüşdə energetika, turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub: "Azərbaycanın Çexiyada, Çexiyanın isə Azərbaycanda Mədəniyyət Günlərinin keçirilməsi barədə qərar qəbul olunub. Azərbaycan geniş spektr məsələlərlə bağlı Çexiya ilə əməkdaşlığa hazırdır".

Digər xəbərlər