Xalqın istək və arzularının yeganə təminatçısı olan Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət istiqamətləri ölkəmizdə azad və demokratik seçki mühitinin yaradılmasından ibarətdir. Bu baxımdan, YAP-ın ölkəmizin və eyni zamanda, regionun aparıcı siyasi qüvvəsi kimi seçki prosesində də tutduğu mövqə daha önəmlidir. Bütün seçki proseslərinə böyük həvəslə və əzmlə yanaşan YAP bu ilin payızında keçiriləcək parlament seçkilərinə də tam ciddi şəkildə hazırlaşır.
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva: "Xalqımız bu, dəfəki seçki prosesində də yüksək aktivlik nümayiş etdirəcək"
- Bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı ölkəmizdə ciddi işlər görülməkdədir. Vətəndaşlarımız seçki məsələsində dərindən bilgilər əldə etmək üçün də fəallıq nümayiş etdirirlər. Bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək hər bir seçici özünün hansı vəzifələr daşıdığını artıq çox gözəl bilir. Həmçinin, ictimai-siyasi fəallıq baxımından da, bu il keçiriləcək seçkinin mahiyyəti böyük əhəmiyyət kəsb edir. Xalqın böyük dəstək və inam göstərdiyi Yeni Azərbaycan Partiyası artıq seçki prosesində cəmiyyətin istəyinə uyğun olan məsələlər ətrafında məsləhətləşmələr və müzakirələr aparmaqdadır. Eyni zamanda, YAP Sabunçu rayon təşkilatında da, YAP-ın bütün rayonlarında olduğu kimi, parlament seçkilərinə hazırlıqla bağlı zəruri işlər görülməkdədir. Seçki siyahılarının dəqiqləşdirilməsi, məşvərətlərin və müzakirələrin aparılması, YAP İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vacib addımlar atılmaqdadır. Demək olar ki, parlament seçkilərində qarşıya çıxacaq bütün problemlərin və tətbiq olunacaq yeniliklərin həlli üçün də qarşıya qoyualan məqsədlər uğurla icra olunmaqdadır. YAP-ın böyük seçki təcrübəsinə malik olması və Sabunçu rayon təşkilatlarının da bu proseslərdə daima aktiv şəkildə iştirakı deyilənləri bir daha təsdiqləmiş olur. Bütün bunlarla yanaşı, Azərbaycan özünün malik olduğu demokratik seçki təcrübəsinə əsaslanaraq, bütün seçki proseslərinin azad və ədalətli formada keçirilməsinə nail olur. Bunun üçün zəruri olan prinsipial cəhətlər də mövcud olduğundan, bu prosesin keçirilməsi yüksək ictimai fəallıq nəticəsində baş tutur.
YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı: "Azərbaycan cəmiyyəti özünün ən yüksək inkişaf mərhələsindədir"
- Ölkəmizdə aparıcı ictimai-siyasi gücə malik olan Yeni Azərbaycan Partiyası təkcə seçki proseslərində deyil, bütün məqamlarda xalqın yanındadır. Həmişə öz seçicisinə böyük hörmət və ehtiramını açıq şəkildə göstərən YAP xalqın bütün təbəqələri tərəfindən sevgi və dəstəklə əhatə olunub. Bu gün, nəinki ölkəmizin, eyni zamanda, regionun ən güclü siyasi təşkilatı olan YAP Azərbaycan xalqının maraqlarının gerçəkləşdirilməsində ən vacib addımları atıb. Ona görə də, hazırda ölkəmizdə bu siyasi təşkilata alternativ ola biləcək siyasi təşkilat mövcud deyil. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimiz bu gün Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən böyük əzmlə idarə olunur və yüksək səviyyədə inkişaf mərhələlərinə qədəm qoyur. Bütün bunların arxasında isə xalqın öz liderinə olan dərin və tükənməz sevgisi dayanır. Bu gün bütün dünyada öz liderlik xüsusiyyətləri ilə öndə duran Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan beynəlxalq arenada özünün mövqelərini günü-gündən möhkəmləndirməkdədir.
YAP-ın həyata keçirmiş olduğu məqsədyönlü və düzgün siyasət kursu da məhz bu sadalananların məntiqi davamı kimi qiymətləndirilir. Ona görə də, YAP-ın 1993-cü ildən bu günə qədər qatılmış olduğu bütün seçki proseslərində özünün xüsusi dəsti-xətti açıq şəkildə görünməkdədir. Bütün seçkilərdə olduğu kimi, böyük inamla demək olar ki, bu ilin payızında keçiriləcək parlament seçkiləri də tam demokratik prinsipləri özündə ehtiva edəcək.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov: "YAP, bütün seçki proseslərində olduğu kimi, parlament seçkilərində də parlaq qələbə qazanacaq"
- Bu gün inkişafda olan Azərbaycan cəmiyyəti öz seçimini hansı prinsip üzərində qurmağı yaxşı bilir. Çünki indiki cəmiyyət 1990-cı illərin əvvələrindəki cəmiyyət deyil. İndi ölkəmizdə gedən hərtərəfli inkişaf xətti cəmiyyətin inkişafına da öz təsirini göstərib. Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq regionun ən güclü dövləti olan Azərbaycan qarşısına qoymuş olduğu bütün hədəfələrə nail olur. Beynəlxalq arenada da Prezident İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər və üstün cəhətlər ölkəmizin də nüfuzunun artmasında mühüm və əhəmiyyətli dərəcədə təsir göstərir. Ölkənin hərtərəfli inkişafı buradakı demokratik ab-havanın yüksək səviyyədə olmasına da öz təsirini göstərir. Belə ki, günü-gündən inkişaf edən ölkəmizdə vətəndaş institutlarının formalaşması və inkişafı, cəmiyyətin inteqrasiyası müqabilində qarşıya qoyulan məqsədlərin hasil edilməsi, onu göstərir ki, Azərbaycan demokratik müstəvidə özünün layiq olduğu yeri çoxdan tutub. Bunun üçün malik olduğumuz tarixi köklər və bu zəngin dəyərlər üzərində inkişafın mümkün olması dövlətin demokratik dəyərlərə nə dərəcədə yaxın olmasından xəbər verir. Bütün bu proseslərin tərkib hissəsi olan seçki prosesi də Azərbaycanın azad bir seçki mühitinə malik olmasını bir daha şərtləndirir. Təkcə ötən il ölkədə keçirilmiş iki seçki prosesinə və bundan öncə keçirilmiş olan bütün seçki proseslərinə nəzər salmaq kifayət edir ki, Azərbaycanda demokratik seçki mühitinin nə dərəcədə olması barəsində qənaətə gəlinsin.
YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov: "Azərbaycan özünün seçki təcrübəsinə əsaslanaraq, parlament seçkilərinin də demokratik keçirilməsinə nail olacaq"
- Bu gün Azərbaycan seçicisi öz seçim hüququnu bilir. Cəmiyyət inkişaf etdikcə, onu əhatə edən qanunlarda inkişafa və dəyişikliyə məruz qalır. Bu isə artıq sosial bir sifarişdir. Azərbaycan xalqı nəyin düzgün, nəyin yanlış olduğu artıq çox yaxşı müəyyənləşdirə bilir. Bu baxımdan da, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının rolunun yüksək qiymətləndirmək lazımdır. Çünki YAP ölkənin yeganə güclü siyasi təşkilatı kimi özünün bütün istiqamətlərini vətəndaşın hüquqlarının qorunmasına və dövlətimizin daha da inkişafına həsr edib. YAP-ın qatılmış olduğu bütün seçki proseslərindən də bunu açıq şəkildə müşahidə etmək mümkün olur. Çünki bu partiya Azərbaycan xalqının istək və arzularının tərənnümçüsü olmaqla yanaşı, yeniliklərin də təbliğində liderdir. Bu günə qədər YAP-ın qatılmış olduğu bütün seçki proseslərindən də məlum olur ki, insanlar bu partiyaya gələcək arzularının tərənnümçüsü kimi yanaşırlar. Tam əminliklə demək olar ki, qarşıdakı seçkilərdə də ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyası və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf prinsipiallığı qalib gələcək.