Boris Tadiç Artur Rasizadə ilə görüşüb
Dünən Serbiya Prezidenti Boris Tadiç onun üçün ayrılmış iqamətgahda Azərbaycanın Baş naziri Artur Rasizadəni qəbul edib. Prezident Boris Tadiç Bakıda keçirilən danışıqlardan razı qaldığını bildirərək qeyd edib ki, Serbiya nümayəndə heyətinin tərkibində müxtəlif hökumət strukturlarının təmsilçiləri vardır. Bu, bütün istiqamətlərdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə maraq göstərilməsindən xəbər verir. Azərbaycanın Baş naziri Artur Rasizadə deyib ki, ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin fəallaşdırılması Azərbaycan və Serbiya xalqlarının mənafelərinə xidmət edəcək.