Serbiya Prezidenti Boris Tadiç Azərbaycana rəsmi səfərə gəlib
Dünən Serbiya Respublikasının Prezidenti Boris Tadiç Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanın və Serbiyanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Serbiya dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar Serbiya Prezidentinə gül dəstəsi təqdim etdilər. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Boris Tadiç və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.