PDF Oxu

Əsas

  • 19

“Birgə Qazanılmış Böyük Qələbə: Qafqaz Böyük Vətən müharibəsi illərində"

“Birgə Qazanılmış Böyük Qələbə: Qafqaz Böyük Vətən müharibəsi illərində"
Aprelin 28-30-u Rusiyanın Krosnodar vilayətinin Tuapse şəhərində Avrasiya Tədqiqatlar İnstitutunun Humanitar Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə "Birgə Qazanılmış Böyük Qələbə: Qafqaz Böyük Vətən müharibəsi illərində" adlı beynəlxalq regional konfrans keçirilib.
Faşizm üzərində qələbənin 65 illiyi münasibətilə təşkil olunan Konfransda Qafqaz xalqlarının nümayəndələri- II Dünya müharibəsinin iştirakçıları və ictimai xadimlər iştirak edib. 3 günlük konfransda zamanı xalqların dostluq və əməkdaşlığı ilə bağlı müzakirələr və Böyük Vətən müharibəsində Qafqaz xalqlarının birgə fəaliyyəti ilə bağlı söhbətlər aparılıb.
Konfrans iştirakçıları tədbirin ilk günündə müharibə qəhrəmanlarının abidəsini ziyarət edib, əbədi məşəl önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra "Karavella" otelinin konfrans zalında tədbir öz işinə başlayıb.
Tuapse konfransında Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin, bu ölkələrin tərkibində olan muxtar qurumlar - Abxaziya, Cənubi Osetiya, Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Adıgey, Stavropol, Krosnodar təmsilçiləri iştirak ediblər.
Konfransda Azərbaycanı nümayəndə heyətinin rəhbəri, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Böyük Vətən müharibəsi veteranları Bəkir Məmmədov və Daməd Nəbiyev, Avrasiya Tədqiqatlar İnstitutunun Azərbaycan təmsilçisi Rauf Həsənov, Bakı Dövlət Universitetinin professoru, tarixçi Eldar İsmayılov, politoloq Vaqif Cavanşirov və tarixçi Nəzrin Şakirzadə təmsil ediblər.
Konfrans zamanı nümayəndə heyətimiz digər ölkələrin təmsilçiləri ilə bir sıra görüşlər keçirib, həmçinin, çıxışlarda böyük vətən müharibəsi illərində Azərbaycan xalqının böyük rəşadət göstərdiyini vurğulayıblar.
"Qafqaz Böyük Vətən müharibəsi illərində və bunun Rusiya və Qafqazda müasir ictimai şüurda əks-təsirləri" mövzusunda keçirilən dinləmələrdə çıxış edənlər Qafqaz və Rusiya xalqlarının daim sülh və dostluq şəraitində yaşadıqları, ümumi düşmənə qarşı birgə mübarizə apardıqları qeyd olunub. Müharibədə qələbənin əldə olunmasında Qafqaz xalqlarının böyük rolu olduğu vurğulanıb.
Çıxışlarda Qafqazda sülh və sabitliyin xalqların dostluq və əməkdaşlıq şəraitində yaşamasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, çoxsaylı millətlərin yaşadığı bu regionda bütün insanlar sülhün və əməkdaşlığın bərqərar olmasını arzulamalı və bunun üçün səy göstərməlidirlər.
Sonda Tuapse Konfransının yekun Bəyannaməsi qəbul olunub.

Digər xəbərlər