PDF Oxu

Əsas

  • 19

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridir

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridir
Dünən, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının və Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinin final yarışı ilə əlaqədər tədbir keçirilib. Tədbir iştirakçıları, ilk öncə, ulu öndər Heydər Əliyevin Bakı Neft Emalı Zavodunun həyətində ucaldılmış abidəsini ziyarət ediblər.
Tədbirdə iştirak edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Rəfael Cəbrayılov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və digər qonaqlar ulu öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş Nizami rayon kollektivləri arasındakı mini-futbol yarışının finalına tamaşa etdilər. Gərgin idman mübarizəsi şəraitində keçən futbol yarışında ARDNŞ-in Təhlükəsizlik İdarəsinin əməkdaşları 1-ci, Ədliyyə Nazirliyinin mühafizə alayının əməkdaşları 2-ci, Nizami rayon icra hakimiyyətinin əməkdaşları isə 3-cü yeri tutdular.
Dövlət Himni səsləndikdən sonra mini-futbol yarışının final oyunu münasibəti ilə bütün qonaqları təbrik edən YAP Nizami rayon təşkilatının sədri Sədaqəq Vəliyeva ulu öndərimiz Heydər Əliyevin 87-ci ildönümü münasibəti ilə keçirilən mini-futbol yarışının gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib. Qeyd edib ki, ulu öndərimiz Heydər Əliyev həmişə Azərbaycanda idmana və idmançılara diqqət və qayğı göstərib. Bu gün də, məhz onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən Azərbaycan idmanının bütün dünyada ən yüksək səviyyədə təşəkkül tapdığını bildirən S.Vəliyeva ölkəmizdə hər bir idman növünün inkişaf perspektivlərinin olduğunu da turnir iştirakçılarının diqqətinə çatdırdı.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov da çıxışında yarış iştirakçılarını təbrik etdi. Bildirdi ki, bu cür oyunlar ölkədə hər bir kəsin idmana olan münasibətinin göstəricisidir. İ.İsmayılov ulu öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr edilmiş idman yarışlarını əhəmiyyətinə toxunaraq, Azərbaycanda idmana olan diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirib.
Millət vəkili Rəfael Cəbrayılov da çıxışında turnirin keçirilməsinin əhəmiyyətinin böyük olduğunu bildirib. Qeyd edib ki, bu cür maraqlı idman turnirlərində udan və uduzan tərəf olmur. Bu yarışa qatılmış hər kəsin qalib olduğunu bildirən millət vəkili ulu öndər Heydər Əliyevin Azərbaycanda idmanın ən yüksək səviyyədə təşkili sahəsində atılmış addımlara toxunub. Bildirib ki, hazırda Azərbaycan idmançılara dünyanın ən mötəbər yarışlarında ölkəmizin adını şərəflə qoruyaraq, bayrağımızın və himnimizin müxtəlif ölkələrdə səslənməsinə nail olurlar.
Qeyd edək ki, aprelin 28-də start verilmiş mini-futbol turnirində 15 komanda mübarizə aparmış, onlardan ən yaxşı oyunçu BNEZ-in həkimi Valeh Musayev, ən məhsuldar oyunçu Nizami MKİS-in əməkdaşı, ən yaxşı qapıçı kimi oyun nümayiş etdirən Ədliyyə Nazirliyinin mühafizə alayının əməkdaşı Natiq Səfərov olmuşdur. Qalib komandalara kubok, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Digər xəbərlər