PDF Oxu

Əsas

  • 17

Oqtay Əsədov İtaliyada səfərdədir

Oqtay Əsədov İtaliyada səfərdədir
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliya Deputatlar Palatasının dəvəti ilə mayın 3-dən 5-dək Romada səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, deputatlardan Azər Kərimli, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya parlamentində olacaq, İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini, İtaliya Senatı sədrinin müavini Vannino Kiti, Senatın Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri, Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Rossana Boldi ilə bir sıra görüşlər keçirəcəklər. Bu görüşlərdə həyatın müxtəlif sahələrində əməkdaşlığımızın bu günü və gələcək inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə söhbətlər aparılacaq. Səfər çərçivəsində parlament nümayəndə heyəti qədim Romanın tarixi yerlərində də olacaq.

Digər xəbərlər