PDF Oxu

Əsas

  • 14

Dövlət Miqrasiya Xidmətində ATƏT nümayəndələrilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətində ATƏT nümayəndələrilə görüş keçirilib
Dünən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində ölkəmizdə qısamüddətli səfərdə olan ATƏT/DTİHB-in İnsan Alverinə Qarşı Mübarizə üzrə baş müşaviri Şivaun Skanlan və ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Melissa L.Stonen ilə görüş keçirilib. Görüşdə qonaqlara Dövlət Miqrasiya Xidmətinın yaranması, fəaliyyəti, qarşıya qoyulan məqsədlər və qısa müddət ərzində görülmüş işlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi məqsədilə ötən ilin iyun ayının 1-dən "Bir pəncərə" prinsipi tətbiq edilibdir. Eyni zamanda, DMX-nin əməkdaşlarının Avropa ölkələrinə ezam olunduğu bildirildi. Görüşdə, həmçinin, Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)", onun həyata keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planı barədə də geniş məlumat verildi. Keçirilən görüşdə çıxış edən L.Stone 3 il əzrində xidmət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi, ATƏT-in Bakı ofisinin hər zaman yardıma hazır olduğunu vurğuladı. Eyni zamanda, işgüzarlıq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparıldı.

Digər xəbərlər