PDF Oxu

Əsas

  • 21

Stavropol vilayətinin nümayəndələri Heydər Əliyev Fondunda olublar

Stavropol vilayətinin nümayəndələri Heydər Əliyev Fondunda olublar
Rusiyanın Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyəti dünən Heydər Əliyev Fondunda olub. Fondla tanışlıq zamanı rusiyalı qonaqlara onun vəzifələri və fəaliyyəti barədə ətraflı məlumat verilib. Qonaqlar burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış oldular. Dahi şəxsiyyətin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövründə ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr barədə materiallar qonaqlarda böyük maraq doğurub. Onların diqqətinə çatdırıldı ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. Ümummilli lider siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınıb. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edən ulu öndər Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Qonaqlar Heydər Əliyev Fondunun xatirə kitabına ürək sözlərini yazıblar. Sonda Fonda xatirə hədiyyəsi təqdim olunub.

Digər xəbərlər