PDF Oxu

Əsas

  • 18

İcra hakimiyyətinin nümayəndələri hərbi hissədə olub

İcra hakimiyyətinin nümayəndələri hərbi hissədə olub
Səbail rayon icra hakimiyyəti ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində Daxili Qoşunların Zaqatala şəhərindəki "N" saylı hərbi hissəsində görüşü keçirdi. İlk əvvəl Səbail rayon nümayəndələri hərbi hissə ilə tanış olaraq, hərbi hissənin əsgər kazarmasına, tibb məntəqəsinə, xidməti otaqlarına baxıldı.
Sonra qonaqlara şəxsi heyətin müxtəlif əməliyyatlarda istifadə etdikləri silah və hərbi texnika, onların döyüşdə tətbiqi barədə məlumat verildi.
Hərbi hissədə keçirilən tədbirdə çıxış edən hərbi hissənin komandiri, polkovnik Vurğun Abbasov şəxsi heyətin xidməti barədə məlumat verdi.
Şəxsi heyət qarşısında çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Daxili Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etdiyini qeyd etdi və əsgərləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən onlar üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırdı. Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayan natiq ölkə başçısının səyləri nəticəsində respublikamızın Silahlı Qüvvələri, o cümlədən, bütün qoşun növlərinin inkişaf etdirilməsi, hər cür texnika və hərbi sursatla tam təmin olunduğunu, hazırkı şəraitdə Daxili Qoşunların ölkədə asayişi qorumaqla yanaşı, işğal altındakı torpaqları savaş yolu ilə azad etmək imkanına malik olduğunu qeyd etdi.
Tədbirdə Səbail RİH tərəfindən hərbi hissəyə kompyuter dəsti hədiyyə olundu. Görüşün sonunda respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert keçirildi.

Digər xəbərlər