PDF Oxu

Əsas

  • 11

Əli Həsənov: "Ermənistanı idarə edən insanlar hazırda problemi ya həll etmək istəmir, ya da həll etmək cəsarətində deyillər"

Əli Həsənov: "Ermənistanı idarə edən insanlar hazırda problemi ya həll etmək istəmir, ya da həll etmək cəsarətində deyillər"
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər söbəsinin müdiri Əli Həsənov son zamanlar Türkiyədə qondarma "erməni soyqırımı" ilə bağlı məsələdə Azərbaycanın onlara lazımı səviyyədə dəstək verməməsi ilə başlanan aksiyalara münasibət bildirib. SİA-nın xəbərinə görə, bu barədə açıqlama verən Ə.Həsənov bildirib ki, qondarma soyqırımı ilə mübarizədə Türkiyəni dəstəkləmək necə olur? Onun sözlərinə görə, elə həmin gün ölkə prezidenti Türkiyə prezidentinə müraciət edib və bildirib ki, bu məsələdə Azərbaycan hər zaman Türkiyənin yanındadır.
"ABŞ da son dəfə qəbul olunmuş qərar eyni zamanda, Azərbaycanın əleyhinə qəbul olunmuş qərardır. Onun arxasından dərhal Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin açıqlamaları getdi. Parlament bəyanat verdi və xüsusi müraciət qəbul etdi ki, belə olsa biz ABŞ Konqresi ilə əlaqələri kəsəcəyik. Dünya ölkələrindəki bütün diaspora təşkilatlarımız konqresə məktublar, müraciətlər ediblər. Bu məsələdə sadəcə olaraq Türkiyədə bəzi dairələr ölkənin hakim dairələrini dezinformasiya edir ki, hansısa məsələdə Azərbaycanın təşkilatı bizim yanımızda olmalı idi. Təşkilatın yanında olması məsələni həll etmir, məsələni dövlətin onun yanında olması həll edir. Azərbaycan xalqı və dövlət hər zaman Türkiyənin yanındadır və biz də bunu əsas hesab edirik", - deyə şöbə müdiri əlavə edib.
Madri Prinsiplərinin yeniləşmiş variantına münasibət bildirən Ə.Həsənov qeyd edib ki, Azərbaycan maraqlarına tam cavab verməsə belə, danışıqların konstruktivliyi xatirinə Madrid Prinsiplərinə "hə" deyəndən sonra Ermənistan yenidən bu məsələ ətrafında mövqelərini dəyişməyə başlayıb. Onun sözlərinə görə, dəyişmə də onda görünür ki, ortada iradə yoxdur, müstəqil qərar qəbul etmək iradəsi görünmür: "Bu da o fikir yaradır ki, Ermənistanı idarə edən insanlar hazırda bu problemi ya həll etmək istəmir, ya da həll etmək cəsarətində deyillər".

Digər xəbərlər