PDF Oxu

Əsas

  • 24

2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda beynəlxalq konfrans keçirilib

2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda beynəlxalq konfrans keçirilib
Dünən Bakıda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə tədbirdə çıxış edən "Avrasiya Yeni Üfüqlər" təşkilatının sədri Tyeri Mariani çıxış edərək son illər Azərbaycanın bir sıra sahələrdə, o cümlədən siyasi baxımdan bir sıra müvəffəqiyyətlər əldə etdiyini bildirib.
Beynəlxalq səviyyədə enerji mənbəyi olan Azərbaycanda həm iqtisadi, həm də siyası baxımdan irəliləyişlərin olduğunu bilidrən ekspert payızda keçiriləcək parlament seçkilərinin də demokratik keçiriləcəyinə inandığını qeyd edib.
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öz çıxışında Azərbaycanın müstəqillik qazandığı dövürdən bu günə kimi keçdiyi demokratik yol, ictimai-siyasi həyatı, siyasi sistem, idarəetmə, Azərbaycanın regiondakı geosiyasi mövqeyi ilə bağlı iştirakçılara məlumat verib. Seçkilərin bütün mərhələlərində namizədlərə, partiyalara, təşkilatlara Seçki Məcəlləsinə müvafiq olaraq sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacağını deyən Əli Həsənov Azərbaycanın demokratik prinsipləri əsas tutduğunu, parlamentdə onlarla partiyanın təmsil olunduğunu, prezidentin xalq səsverməsi ilə seçildiyini, Avropa standartlarına uyğun məhkəmələrin formalaşdırıldığını bildirib. Şöbə müdiri qeyd edib ki, Azərbaycanda seçki mühiti, ictimai-siyasi vəziyyət bunu deməyə əsas verir: "Biz həmişə demokratik seçkilərin üç əsas prisipini eşitmişik. İnsanların seçib-seçilmək hüququnun tanınması, bərabər seçki mühitinin yaradılması, seçki prosesinin şəffaflığı tam təmin olunur. Azərbaycanda siyasi partiyalar, QHT-lər, mətbuat orqanları fəaliyyət göstərir, bələdiyyələr formalaşıb. Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla Seçki Məcəlləsi qəbul edilib. Azərbaycan demokratik səviyyədə seçki keçirməyə qadirdir. Bununla bağlı daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verə bilər. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir".
Konfransın birinci sessiyasında Azərbaycan Respublikasında seçki praktikasının təkmilləçdirilməsi prespektivləri mövzusunda çıxış edən AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Azərbaycanda parlament seçkilərinin plüralist-majoritar seçki sistemi ilə keçirilməsinin demokratik prinsiplərə uyğun olduğunu qeyd edib. "Azərbaycanda tətbiq olunan bu sistem ABŞ və Böyük Britaniya kimi demokratik ölkələrdə tətbiq olunur. Gürcüstanda parlamentdə olan 235 yerin 150-si plüralist, 85-i isə proposianal nümayəndəlik seçki sistemi ilə formalaşdırılir. Plüralist-majoritar seçki sisteminə görə səslərin çoxluğunu qazanan namizəd qalib gəlir". M.Zülfüqarlı Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı AVCİYA-nın təkliflərini də iştirakçıların diqqətinə çatdırıb.
"Seçki qanunvericiliyinin praktiki şəffaflıq resursları" mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyasının icraçı katibi, millət vəkili Əli Əhmədov Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsi üçün bütün imkanların olduğunu bildirdi. Onun sözlərinə görə 2008-ci ildə keçirilən prezident seçkilərində beynəlxalq təşkilatlar seçki mətəqələrində apardıqları müşahıdlərin əsasında seçkinin 94% faiz tam şəffaf keçirildiyini öz hesabtlarında bildirblər: "Azərbaycanda seçkilərin tam şəffaf olması üçün artıq seçki məntəqələrində veb-kamerlar quraşdıralacaq. Biz 2000-cı ildə keçirilən seçkilərə qayıtmaq istəmirik". Həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələrinin Mərkəzi Seçki Komissiyasında eyni sayda təmsil olunduğunu qeyd edən Yeni Azərbaycan Partiyasının icraçı katibi müxalifətin görülən işlərə kölgə salmaq məqsədilə MSK-nın fəaliyyətində iştirak etmədiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Fransanın "Avrasiya - Yeni Üfüqlər" təşkilatı tərəfindən təşkil edilən tədbirdə beynəlxalq və yerlı diplomatlar, 2010-cu ilin parlament seçkilərinin təkmilləşdirilməsi, demokratik seçki mühitinin formalaşdırılması istiqamətində partiyaların fəaliyyəti, seşki qanunvericiliyininn dinamiksı mövzuları barəsində ətraflı müzakirələr aparıblar.

Digər xəbərlər