PDF Oxu

Əsas

  • 20

AŞ PA sədri Azərbaycan İctimai Televiziyasının fəaliyyətini yüksək qiymətləndirib

AŞ PA sədri Azərbaycan İctimai Televiziyasının fəaliyyətini yüksək qiymətləndirib
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu dünən İctimai Televiziya və Radio Yayımları Şirkətində olub, şirkətin baş direktoru İsmayıl Ömərovla görüşüb.
İctimai Televiziyadan verilən məlumata görə, şirkətdə olmaqdan böyük məmnunluq duyduğunu ifadə edən qonaq Azərbaycanın ictimai yayımçısını qazandığı uğurlar münasibəti ilə təbrik edib: "İctimai Televiziyanın "TRT-Avaz"la birgə həyata keçirdiyi ortaq yayım bütün türk dünyasında böyük maraqla izlənir. Fürsət düşəndə, səhərlər mən də bu proqrama zövqlə baxıram. Hesab edirəm ki, bu ortaq yayım türk dünyasında mədəniyyət baxımından da birliyin təmin olunmasında mühüm rol oynayır".
İ.Ömərov deyib ki, İctimai Televiziya "Turksat" və Avropa peyk rabitə sistemi vasitəsilə böyük bir coğrafiyada yayımlanır: "Yayım siyasətimiz Azərbaycan mədəniyyətini, tarixini, həqiqətlərini və türk xalqlarının ortaq dəyərlərini dünyada nümayiş etdirməkdir. "TRT-Avaz"la birgə hazırlanan ortaq yayıma bütün Orta Asiya ölkələrindəki türk dövlətlərinin də qoşulmasına çalışırıq". O bildirib ki, İctimai Teleradio Avropa Yayımları Birliyinin üzvü kimi dünyanın aparıcı televiziyaları ilə də əməkdaşlıq edir.
Görüşdən sonra İctimai Televiziyanın "TRT-Avaz"la ortaq yayımda iştirak edən AŞPA sədri Ankara və Bakı studiyalarından aparıcıların suallarını cavablandırıb.

Digər xəbərlər