Lex Kaçinskinin xatirəsi Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükutla yad ediləcək
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində bildirib ki, 2010-cu il aprelin 10-da təyyarə qəzası nəticəsində faciəli surətdə həlak olmuş Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin, onu müşaiyət edən dövlət və hökumət nümayəndələrinin, ictimai-siyasi xadimlərin xatirəsi aprelin 18-də saat 15:00-da Azərbaycan Respublikasının ərazisində insanların və avtomobillərin hərəkətinin dayandırılması, gəmi və qatarların səs siqnallarının verilməsi ilə bir dəqiqəlik sükutla yad ediləcək.