PDF Oxu

Əsas

  • 13

Sərhəd rejimi qaydalarını pozduqlarına görə 179 nəfər saxlanılıb

Sərhəd rejimi qaydalarını pozduqlarına görə 179 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən mart ayı ərzində 15 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, 25 nəfər saxlanılıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumatda bildirilib.
Məlumatda o da qeyd olunub ki, tutulan sərhəd pozucularının 12 nəfəri Azərbaycan, 7 nəfəri İran, 3 nəfəri Əfqanıstan, 2 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşlarıdır. Sərhəd rejim qaydalarını pozduqlarına görə 47 halda 179 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 73 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 5 halda 15 kiloqram 110 qram narkotik maddə aşkar edilərək götürülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 81 halda ümumi dəyəri təqribən 236 min 389 manat olan qaçaqmal, o cümlədən 2.633.500 İİR valyutası, 1 ədəd 12 mm-lik tüfəng, 12 ədəd patron, 15 ədəd giliz, 36.240 metr balıq ovlamaq üçün tor, 408 kq balıq, 42 adda 1038 ədəd avtomobil üçün ehtiyat hissələri, 13.313 ədəd müxtəlif növ dərman preparatları, 101 ədəd müxtəlif markalı mobil telefon, 52 ədəd dini kitab, çoxsaylı müxtəlif spirtli işçilər, ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər