PDF Oxu

Əsas

  • 16

Dövlət Miqrasiya Xidmətində peşə bayramı münasibətilə tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində peşə bayramı münasibətilə tədbir keçirilib
Dünən Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında miqrasiya işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan DMX rəisi Arzu Rəhimov rəhbər olduğu qurumun yaranma tarixindən, görülən işlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb. O bildirib ki, ulu öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib.
Onun sözlərinə görə, ötən illərdə qəbul edilən, ölkənin inkişafına müsbət təsir göstərən proqram və sənədlərin uğurlu icrası nəticəsində ölkədə bütün sahələrdə köklü dəyişikliklər baş verib.
Azərbaycanda yeni iş yerlərinin və müəssisələrin yaradıldığına toxunan Arzu Rəhimov qeyd edib ki, ölkəmizdə sahibkarlıq mühiti daha da yaxşılaşdırılır, qeyri-neft sektoru sürətlə inkişaf edir: "İqtisadiyyatın neftdən asılılıq dərəcəsi azaldılaraq, ölkənin sosial-iqtisadi inkişafı üçün yeni mərhələnin başlanğıcı qoyulub, əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlir".
Yaranan bu inkişafın, ölkədə miqrasiya proseslərinə təsirsiz ötüşmədiyini bildirən A.Rəhimov bildirib ki, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qurumların tətbiqində yol verilən nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, ölkənin milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələri sırasına daxil olub: "Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur".
O vurğulayıb ki , ötən müddət ərzində mövcüd qanunvericiliyə edilən əlavə və dəyişikliklər əsasında vətandaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətləti müəyyən edilib, onlara müvəqqəti və daimi yaşamaq üçün nəzərdə tutulan sənədlər təqdim edilib, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilib, Azərbaycan Respublikasının vətandaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən edilib, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılıb.
Ölkədə qeyri-qanunu miqrasiya ilə bağlı müəyyən işlərin aparıldığını deyən qurum rəhbəri bildirib ki, bu sahədə xarici ölkələrin müvafiq strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, həmsərhəd dövlətlərlə müqavilə prosesinin aktivləşdirilməsi, öhdəlikləri müəyyən edən və məsuliyyəti nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə tədbirlər həyata keçirilir.
Çıxışının sonunda A. Rəhimov DMX əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzu edib.
Qeyd edək ki, tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən əmkdaşlara mükafatlar təqdim edilib.

Digər xəbərlər