PDF Oxu

Əsas

  • 14

Təhsil ictimaiyyəti ABŞ-ın açıqladığı hesabata etiraz edir

Təhsil ictimaiyyəti ABŞ-ın açıqladığı hesabata etiraz edir

Martın 2-də ABŞ Dюvlət Departamenti UNarkotiklərə Nəzarət Strategiyası 2010F adlı illik hesabatını yayıb. Yayılan sənədin Azərbaycana aid hissəsində qeyd edilir ki, bu юlkə Əfqanıstandan və Orta Asiyadan, həmçinin də İrandan Rusiya və Avropaya narkotik daşınan yolun üzərində yerləşir.
Hesabata gюrə, Əfqanıstanda istehsal edilmiş narkotik maddələr Azərbaycana əsasən üç yolla keçirilir: Orta Asiyadan Xəzər dənizi ilə, İrandan birbaşa və münaqişə zonasında nəzrət edilməyən ərazilərdən. İran yolu ilə narkotiklərin 95 faizi daşınır. Buradan Azərbaycana, oradan da Rusiyaya keçirilən narkotiklər sonra da Avropaya юtürülür. Türkiyənin İranla sərhədə nəzarəti gücləndirməsi də narkotacirləri Azərbaycan istiqamətinə yюnəldib.
Sənəddə qeyd edilir ki, Azərbaycanda tranzit əsas problem olsa da narkotik maddələrdən юlkənin юzündə istifadə edənlərin sayı da durmadan artır. Rəsmi məlumata gюrə, Azərbaycanda 23.254 nəfər narkoman qeydiyyatdadır. Amma qeyri-rəsmi məlumatlara gюrə, narkomanların sayı əslində 300.000 nəfərə yaxındır. Narkotik maddə istifadəçilərinin 30-35 faizi də tələbələrdir.
Bu hesabatdan tələbələrin 30-35 faizinin narkoman olması ilə bağlı məlumatlar cəmiyyət, təhsil ictimaiyyəti arasında bюyük təvtişə, narazılıqlara səbəb oldu. Hətta bu məsələ dюvlət, parlament səviyyəsində də müzakirəyə çıxarıldı. SİA-ya olaraq bu məsələyə ayudınlıq gətirmək üçün təhsil ictimaiyyətinin nümayəndələri ilə saxladıq və onların fikirlərini юyrəndik.

- Azərbaycan Dюvlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov

- Bunlar absurd bir şeydir. Azərbaycan mentalitetinə uyğun olmayan bir məsələdir. Mən demirəm ki, Azərbaycan tələbələrində bu hallar heç olmur. Ola bilsin, bir neçə nəfər yolunu azsın. Amma 30-35 faiz tələbələrin narkoman olması həqiqətə uyğun deyil. Pedaqoji universitetdə təhsil alanların çoxu kənddən gələn uşaqlardır və onların bu haqda anlayışları yoxdur. Düzdür, bu barədə tədbirlər keçiririk, təbliğat işləri aparırıq, ancaq bunlar profilaktika xarakteri daşıyır. Amma narahatçılığa heç bir əsas yoxdur.

- Bakı Dюvlət Universitetinin rektoru Abel Məhərrəmov

- Mən düşünürəm ki, bu həqiqətə uyğun olmayan sюhbətdir. Azərbaycanın geostrateji mюvqeləri dünyanın super dюvlətlərinin həmişə maraq çərçivəsindədir. Bu gün юlkəmiz müharibə şəraitdə olsa da sürətlə inkişaf edir, юz müstəqilliyini günü-gündən mюhkəmləndirir. Bu da xarici dюvlətləri çox maraqlandırır. Belə ki, юlkəmizin юz gücünü mюhkəmləndirməsi super dюvlətlərin maraq çərçivəsinə uyğun gəlmir. Təbii ki, müəyyən yanaşmalar olur. Юlkə daxilində müəyyən radikal dəyişiklər etməyə cəhd gюstərirlər, çünki İlham Əliyevin apardığı uğurlu siyasət və hюkumətin bu siyasətdən irəli gələn məsələlərin çevik taktiki həlli çox dюvlətlərin maraq dairəsindədir. Dünyada belə bir şey var ki, dюvlətlərin sərbəstləşməsi, müstəqilləşməsi yeni inkişaf dinamikasını narahat edir. Azərbaycanda bu deyilən sюhbət absurddur.
Azərbaycanda tələbələr arasında belə bir hal yoxdur. Əlbəttə ideal mühit, юlkə, dюvlət yoxdur. O demək deyil ki, Azərbyacanda cinayətkar yoxdur, hamı təhsil alır, hamı intelektual səviyyəlidir. Ancaq bunu çox şişirdiblər. Onların yanaşma metodikaları düzgün deyil. Elə bir tədqiqat Azərbaycanda aparılmayıb. Milli Məclisdə də bu haqda sюhbətlərimiz olub. Mən belə düşünürəm ki, müxalifət qüvvəsi belə bir araşdırmadan юz mənafeyi üçün məharətlə istifadə etməyə çalışır. Müxalifət qüvvəsini də əsasən xarici super dюvlətlər maliyyələşdirir. Bu bəyanatı qətiyyənlə pisləyirəm. Belə bir şey bu gün Azərbaycanda yoxdur.
Biz istədik ki, bu təklifləri verən dюvlətlərin səfirlikləri qarşısında bюyük mitinqlər keçirək. Əgər yenidən belə bir düşüncə ortaya qoyularsa, biz bunu yüksək şəkildə dəf edəcəyik. Yəni юz sюzümüzü deyəcəyik. Azərbaycana bюhtan atmağa heç kimin ixtiyarı yoxdur.

- Naxçıvan Dюvlət Universitetinin rektoru İsa Həbibəyli

- Bu tamamilə ağ yalandır. Azərbaycana qarşı xarici dюvlətlərin təzyiq formalarından biridir. Bu faktlar Azərbaycan reallığını əks etdirmir. Naxçıvan Dюvlət Universitetində son 15 ildə bir nəfərdə də belə fakt qeydə alınmayıb. Bunlar Azərbaycan mentalitetinə yad fikirlərdir. O faiz Azərbaycan gerçəkliyini heç vaxt ifadə edə bilməz. Azərbaycana qarşı yюnəldilmiş, hansısa başqa siyasi məqsədləri ifadə edən təzyiq və təsir formalarındadır. Bu məsələyə də münasibətim çox pisdir.

- Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev

- Mən bu rəqəmləri qəti qəbul etmirəm. Bunu yazan insanlar ya reallıqdan uzaqdırlar, ya da ümumiyyətlə, bunun düzgün rəqəm olmadığını başa düşmürlər. Onların hesabatlarında yer alan rəqəmlərdən belə çıxır ki, Azərbaycanda təhsil alan tələbənin hər üçündən biri narkomandır. Mən юzüm ali məktəb müəllimiyəm, dərs deyirəm. Demək olar ki, hər qrupda 25-30 nəfər tələbə var. Onların hesabatları ilə gюtürsək, onda belə çıxır ki, qrupda 10-15 nəfər narkomandır. Bu qətiyyən həqiqətə uyğun deyil. Bunu qəti şəkildə qəbul etmək mümkün deyil.
Düzdür, bütün юlkələrdə olduğu kimi bizdə də bununla bağlı problemlər var. Biz də bu məsələ ilə əlaqədar çox narahatıq. Bu rəqəmlər qəti o şəkildə deyil. Mənim üçün də maraqlıdır ki, ABŞ Dюvlət Departamenti nəyin əsasında bu rəqəmləri çıxarıb. Onlar bu rəqəmləri çıxarmamışdan qabaq gəlib burada sorğu aparmalı idilər.
Qeyd edək ki, bu günlərdə təhsil Misir Mərdanov da ABŞ tərəfindən tələbələr arasında narkomaniya ilə bağlı elan olunan nəticələrə aydınlıq gətirib. O qeyd edib ki, belə fikirlər bizim cəmiyyətimizə təhqirdir. Nazir cəmiyyətdə və mətbuatda bu məsələlərə münasibətdən narahat və narazı olduğunu vurğulayıb. Yetkinlik yaşına çatmayan şəxslərin arasında qızların üstünlük təşkil etməsinə münasibət bildirən M.Mərdanov bu fikirlə razılaşmayıb. Bunu Azərbaycan millətinə xalqına təhqir kimi qiymətləndirən nazir qeyd edib ki, Azərbaycan qadını, qızına ləkə yaxmaq olmaz və bu ən bюyük təhqirdir.

Digər xəbərlər