PDF Oxu

Əsas

  • 15

Daxili Qoşunların yaranmasından 18 il ötür

Daxili Qoşunların yaranmasından 18 il ötür
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 18 ili tamam olur. Düz 18 ildir ki, Daxili Qoşunlar dövlitçiliyimizin daha da möhkəmlənməsi uğrunda mübarizə aparır. 1991-ci ilin dekabr ayında sabiq SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılarkən ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir.
Həmin vaxtdan Azərbaycanın Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hissənin əsasında yaradılmağa başlamışdır. Daxili Qoşunların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur hissəsi kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edirdi.

Daxili Qoşunların döyüş yolu
12 mart 1992-ci ildə Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlamışdır. Ərazi bütövlüyümüz uğrunda döyüşlərə başlayan Daxili Qoşunlar Ağdam rayonunun bir çox kəndlərində ağır döyüşlərdə iştirak edərək, böyük sücaətlər göstərmişdir. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunların günü kimi müəyyən edilmişdir. Bu döyüşlərdə Daxili Qoşunlar xeyli sayda şəhid vermişdir ki, onlar da DQ-nin ilk şəhidləri olublar. Ona görə də, DQ-nin Ağdam alayının döyüş yolu igidlik və qəhrəmanlıqla zəngindir. Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri də bu alayın şəxsi heyətinin cəsarəti və qəhrəmanlığı ilə azad edilmişdir və müdafiə olunmuşdur.
1993-cü il noyabrın 2-də respublika Prezidentinin radio və televiziya ilə xalqa tarixi müraciəti bütünlüklə Silahlı Qüvvələrin yenidən qurulması və formalaşması yolunda gərəkli bir proqrama çevrildi. Ölkə rəhbərinin söz və əməl vəhdəti Daxili Qoşunlarda böyük canlanma və ruh yüksəkliyi yaratdı. Məhz bu zaman Daxili Qoşunların şəxsi heyətinin 13 noyabr 1993-cü ildə Füzuli istiqamətində başlanan hücumu ağır döyüşlərdən sonra, 1994-cü ilin yanvar ayında Horadiz sərhədyanı yaşayış məntəqəsi və 12-dən artıq kəndin azad olunması ilə nəticələnən uğurlu döyüş əməliyyatları keçirdi. Azərbaycanın xeyrinə əsaslı dönüş kimi qiymətləndirilən bu döyüşlərdə daxili qoşun hissələrinin fəaliyyəti əvəzsiz olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində əldə edilmiş atəşkəsdən sonra Daxili Qoşunların həyatında 2-ci mərhələ-formalaşma və inkişaf, quruculuq dövrü başladı. Respublikanın o dövründə çox gərgin zamanında Daxili Qoşunların üzərinə böyük məsuliyyət düşürdü. Respublikada sabitliyi tənzimləmək, dövlət əhəmiyyətli obyektləri qorumaq, qanunsuz saxlanılan silahlılara, dövlətə qarşı xəyanətdə təqsirləndirilənləri zərərsizləşdirmək, müvafiq orqanlara təhvil vermək, müxtəlif təxribatların qarşısını operativ şəkildə almaq, bir sözlə hər bir vətəndaşın əmin-amanlığını qorumaq qoşunların əsas vəzifələri idi.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədovanın sözlərinə görə, 8 fevral 1994-cü ildə qəbul edilmiş "Daxili Qoşunların Statusu haqqında" Azərbaycan Respublikasınının Qanunu Daxili Qoşunların əsas funksiyalarını, vəzifələrini, fəaliyyətinin prinsiplərini müəyyən etmiş, hərbi qulluqçuların hüquqi vəziyyətini nizama salmışdır. "Respublikada cinayətkarlığa qarşı mübarizə əməliyyatlarında da DQ-nin əsgər və zabitləri Daxili İşlər Nazirliyinin müvafiq xidmətləri ilə birgə çox mühüm və vacib dövlət tapşırıqlarını yerinə yetirmişdir. DQ-nin 18 ilin tarixi dönəmlərində gördüyü mühüm işlərdən biri də Daxili Qoşunların Türkiyə Cümhuriyyəti Jandarma Baş Komandanlığı ilə qarşılıqlı yardım və əməkdaşlıq etməsidir. 1996-cı ildə DQ-nin 6 nəfər hərbi qulluqçusu Türkiyə Jandarma Qüvvələrinin hərbi təhsil məktəbində təhsil almağa göndərildi. Bu, Daxili Qoşunlarında və Türkiyə Jandarma Qüvvələrində yeni mərhələnin başlanğıcı oldu. Bu başlanğıcın ilk təməli Qala Tədris Mərkəzindəki zabit və gizirlərin təkmilləşdirmə kursunun inşası və qısa müddət ərzində başa çatması oldu"-deyən T.Məmmədova bu kursun fəaliyyəti DQ-nin sıralarına daha təkmilləşmiş və hazırlıqlı hərbi qulluqçular bəxş etməsindən ibarət olduğunu bildirdi.
T.Məmmədova onu da qeyd etdi ki, son illər DQ-nin tarixinə quruculuq illəri kimi daxil olmuşdur: "DQ-nin baş idarəsində və hərbi hissələrində başa çatdırılmış təmir-tikinti işləri, yarımçıq qalmış tikililərin bərpası böyük vüsət almışdır. Bir mənalı şəkildə qeyd etmək lazımdır ki, Daxili Qoşunların maddi-texniki bazası, onun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Daxili Qoşunlar son illərdə Avropa standartlarına uyğun yeməkxanalar, digər sosial-məişət obyektləri tikilib istifadəyə verilmişdir. Həmçinin, zabitlərimiz üçün məzuniyyət dövründə istirahətin səmərəli təşkili məqsədilə Həmçinin, zabitlərimiz üçün məzuniyyət dövründə istirahətin səmərəli təşkili məqsədilə Nabranda hərtərəfli şəraitə malik istirahət mərkəzi istifadəyə verilib. Ümumiyyətlə, qoşunların bütün xidmət sahələri müasir tələblərə cavab verən şəraitə malikdir. Müasir tibbi avadanlıqlarla təchiz edilmiş qoşunların hərbi hospitalında şəxsi heyətin sağlamlığının yüksək səviyyədə qorunması məqsədilə bütün imkanlar yaradılmışdır. Dövlət başçısı cənab İlham Əliyevin hərbi qulluqçularımıza diqqət və qayğısı sayəsində qoşunlarımızın maddi-texniki təchizatı, sosial məsələlərin həlli istiqamətində irəliyə doğru addımlar atılmışdır. Ərzaq təminatında da əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir. Daxili Qoşunların şəxsi heyətinin ərzaq təminatına, onun kaloriliyinə, keyfiyyətinə çox ciddidəiqqət yetirilir. Bu gün DQ-nin ərzaq təminatı inkişaf etmiş ölkələrin orduları ilə müqayisə olunacaq səviyyədədir. Bir fakta nəzər yetirək: ABŞ-ın Silahlı Qüvvələrində bir əsgərin bir günlük qida rasionunun kaoriliyi 4255 kkal-dır. Britaniya ordusunda bu rəqəm 4025 kkal təşkil edir. Azərbaycan Daxili Qoşunlarda isə bir əsgər üçün ayrılmış bir günlük ərzaq payının tərkibi 4258 kkal səviyyəsindədir. Bütün bunlar dövlətin qoşunlarımıza göstərdiyi xüsusi qayğının nəticəsidir"-deyən T.Məmmədova hər il DQ-nin infrastrukturunun, maddi-texniki bazasının yaxşılaşdırılması üçün lazımi səviyyədə vəsait ayrıldığını və bütün hərbi hissələri ən müasir silah-sursat, hərbi texniki, müasir tipli radio-rabitə sistemləri ilə təmin olunduğunu bildirdi.
Bütün bunlar isə onu göstərir ki, ölkəmizdə ordu quruculuğuna olan diqqət və qayğı Daxili Qouşnların da inkişafının yüksəlməsinə səbəb olmuşdur. Ümumilikdə, Ermənistanla aparılan döyüş əməliyyatlarında Daxili Qoşunların şəxsi heyətindən 496 nəfər həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər itkin düşmüşdür. Həlak olan igid oğullarımızın qəhrəmanlıqları, şücaəti yüksək qiymətləndirilmiş və adları əbədiləşdirilmişdir. 2009-cu ildə respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlara xüsusi diqqət və qayğısı nəticəsində 1 hərbi şəhərcik, 5 yataqxana, 1 kazarma, 2 qaravul məntəqəsi, 2 anbar, 2 yeməkxana, 1 tibb məntəqəsi, 2 hamam camaşırxana kompleksi istifadəyə verilmişdir.
Dövlətimizin, dövlətçiliyimizin əsas dayaqlarından biri də daxili qoşunlardır
Dövlətimizi, xalqımızı hər cür hüquqa zidd qəsdlərdən qoruyan, əmin-amanlığın, asayişin keşikçisi olan DQ-nin xidməti üçün hər cür imkan və şərait yaradılmışdır. Bu baxımdan da tam əminliklə demək olar ki, bu gün DQ-də ciddi nizam-intizam hökm sürür, mənəvi-psixoloji vəziyyət qənaətbəxşdir. Hərbi hissələrin döyüş qabiliyyəti kifayət qədər yüksəkdir və ümumilikdə qoşunlar qarşıya qoyulmuş vəzifələri tam və keyfiyyətlə yerinə yetirməyə qadirdir. DQ-nin şəxsi heyəti arasında bir nəfər də olsun fərari yoxdur. Təbii ki, bu da öz işinə vicdan və məsuliyyətlə yanaşan zabit və gizirlərin peşəkarlığının, məsuliyyətli xidmətinin nəticəsidir.

Digər xəbərlər