Əli Həsənov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 9-da imzaladığı Sərəncamla Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Ə.Həsənov yüksək mükafata dövlət qulluğunda səmərəli fəaliyyətinə görə layiq görülüb.