Oqtay Əsədov: "Azərbaycan Türkiyənin yanındadır"
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov ABŞ Konqresi Xarici Əlaqələr Komitəsində qəbul olunan "Erməni soyqırımı" layihəsi ilə bağlı məsələyə münasibət bildirib. "Əgər Türkiyə öz keçmişinə görə hesabat veməlidirsə, onda ABŞ dövləti qurulan zaman qırılan hindulara görə hesabatı kim veməlidir", -deyə məsələyə toxunub: "Əfqanıstan və İraqda qırılan insanların hesabatını kim verməlidir? Qarabağda, Xocalıda qırılan insanların hesabatını kim verməlidir?"
Bu məsələyə spiker Oqtay Əsədov da münasibət bildirib. O deyib ki, Azərbaycan digər məsələlərdə olduğu kimi bu məsələdə də Türkiyənin yanındadır. Onun sözlərinə görə, Bu Türkiyəni maraqlandırdığı kimi Azərbaycanın da marağına səbəb olan məsələdir. Oqtay Əsədov inandığını bildirib ki, ABŞ dövləti və prezidenti müdriklik göstərərək sənədin Konqresdə qəbul olunmasına imkan verməyəcək, ABŞ öz müttəfiqlərini itirmək istəməz: "BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməyən bir təşkilatdan nə gözləmək olar. Amerika, Fransa, Rusiyada ən böyük erməni Lobbisi mövcuddur".