PDF Oxu

Əsas

  • 11

YUNİSEF Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq qurur

YUNİSEF Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq qurur
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 3-də YUNİSEF-in Azərbaycandakı numayəndəliyinin rəhbəri Mark Hervordla görüşüb. Qonağı Fondda salamlayan Azərbaycanın birinci xanımı YUNİSEF-in ölkəmizdəki fəaliyyətini dəstəklədiyini bildirib. Fondla YUNİSEF arasında sıx əlaqələrin qurulduğunu bildirən Mehriban xanım Əliyeva bu əməkdaşlığın təsadüfi olmadığını söyləyib. Hər iki qurumun əsas məqsədi uşaqlara qayğı göstərməkdən ibarətdir. Uşaqların problemlərinin həll olunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətini təşkil edir. Mehriban xanım Əliyeva YUNİSEF ilə bir çox birgə uğurlu layihələrin həyata keçirildiyini deyərək, gələcəkdə yeni layihələrin reallaşacağına ümidvar olduğunu bildirib. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord isə Heydər Əliyev Fondu ilə təmsil etdiyi qurumun arasında bir sıra sahələr üzrə əməkdaşlıq üçün potensialın olduğunu vurğulayaraq, gələcək əməkdaşlıq üçün bir neçə layihənin nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Mehriban Əliyeva YUNİSEF ilə birgə yeni layihələr həyata keçirməyə hazır olduqlarını deyib. Heydər Əliyev Fondunun irsi qan xəstəlikləri ilə mübarizədə yeni layihələr hazırladığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı bu sahədə YUNİSEF ilə əməkdaşlığın mümkünlüyünü bildirib. Fondun irsi qan xəstəlikləri ilə mübarizədə həyata keçirəcəyi ilk tədbir isə əhalinin maarifləndirilməsidir. Bununla bağlı Fond tərəfindən kitablar, əyani vəsaitlər, video çarxlar hazırlanıb.

Digər xəbərlər