Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin tikintisi başa çatıb
Şəhərin ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanında yüksək memarlıq üslubunda Heydər Əliyev Mərkəzi tikilib. Mərkəz Heydər Əliyev Fondu tərəfindən nəfis tərtib olunub, müasir texnologiyalarla təchiz edilib. Burada tədbirlər keçirmək üçün konfrans zalı, internet otağı və kitabxana fondu yaradılıb. Gənc nəsli ulu öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolu ilə yaxından tanış etmək məqsədi ilə mərkəzdə 6 sərgi salonu fəaliyyət göstərəcəkdir.